“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.01.2021  14:19 

ABŞ qoşunlarını daha bir ölkədən çıxardı





A+  A-

ABŞ qoşunları Prezident Donald Trampın göstərişindən təxminən bir ay yarım sonra Somalidən tamamilə geri çəkilib.
XəzərNews.az xəbər verir ki, ABŞ Afrika Komandanlığının (AFRICOM) sözçüsü Kris Karns Somalidəki 700 hərbi qulluqçunun qonşu Keniya və Cibuti kimi digər Afrika ölkələrinə aparıldığını qeyd edib.

Karns yeni Prezident seçilən Co Baydenin geri çəkilmə qərarını ləğv edib-etməyəcəyi ilə bağlı suallar ətrafında fikir yürütməyin doğru olmayacağını qeyd edib.

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin geri çəkilməsi barədə qərar Prezident seçkilərindən bir neçə həftə əvvəl verilmişdi.

Donald Tramp 2020-ci ilin dekabrında Somalidəki əksər Amerika qoşunlarının 2021-ci ilin əvvəlinə qədər çıxması barədə əmr imzalamışdı. Trampın geri çəkilmə qərarına baxmayaraq, ABŞ ordusu Somalidə terror təşkilatı “Əş-Şəbab”a qarşı hava əməliyyatlarını davam etdirib.

Xəbər 1367 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +