Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə


25.11.2020  11:09 

“O, məni həyata qaytardı” - General Hikmət Həsənov





A+  A-

Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin dəfnində 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov da iştirak edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, H.Həsənov şəhidin məzarı başında nitq söyləyib.

O deyib ki, Babək Səmidli haqqında danışmaq üçün ona günlərlə vaxt lazım olar: “Babək bir əsgər kimi dövlətini, millətini, bayrağını sevən, Ali Baş Komandanına sədaqətli zabit idi. Bir dost kimi ləyaqətli, gözəl bir sirdaş, yaxın bir silahdaş idi. Həm 2016-cı ilin aprel döyüşlərində, həm də bu müharibədə bizimlə çiyin-çiyinə idi. Həmişə bir söz deyərdik, biz birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, ləkələnmiş namusumuzu təmizləmək üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk və bu yoldan da geri addım yoxdur. Uca Rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu deyilik, artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik. Bunların hamısı burada şəhid yatan qardaşlarımın, Babək başda olmaqla, bu savaşlarda canını, qanını dövlət və milləti üçün fəda edən qardaşlarımızın sayəsindədir. Onlar ölməyiblər, onlar Allah qatında diridirlər. Onlar daim bizim qəlbimizdə, daim Allahın ən gözəl guşəsindədirlər.

Mən Babəkin atası Mətləb əmiyə bir söz demək istəyirəm, nə xoşbəxtsən ki, belə bir oğul böyütdün və Uca Rəbbim onu ən gözəl, ən yüksək məqamına aldı. Babəkin gül balalarının gözlərindən öpürəm. Ataları kimi qürurlu, qəhrəman, bu dövlətə, bu millətə, bayrağımıza və dinimizə sədaqətlə xidmət edəcəklərinə əminən və buna inanıram. Qardaşım Babəkə də bütün ordu korpusunun adından Allah rəhmət etsin deyirik. Mən komandir olduğum müddətdə bütün savaşlara Babəklə bir yerdə girdik. Ən çətin yerlərdə, ən çətin anlarda dayağım oldu. Hətta döyüşün gedişatında elə bir məqam oldu ki, o məni həyata qaytardı, zamanında xəstəxanaya çatdırdı. Həmişə buna görə də ona “sağ ol” deyirdim”.



Xəbər 2150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +