İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.09.2020  08:46 

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirildi





A+  A-

BMT Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycanı hərbi əməliyyatlara dərhal son qoymağa çağırıb.
XəzərNews.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında bildirib.

“BMT TŞ üzvləri münaqişə tərəflərinə qarşı Baş katibin hərbi əməliyyatları dərhal dayandırmaq, gərginliyi azaltmaq və dərhal danışıqlara qayıtmaq çağırışını dəstəkləyirlər”, - o deyib.

O, həmçinin münaqişə tərəflərinin nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsini istisna etməyib. “Əgər bu, zərurət olarsa, onların qarşılıqlı anlaşmaya gələ bilməsi üçün biz hər iki səfirlə (Ermənistan və Azərbaycan - red.) danışacağıq”, - Abarri əlavə edib.

Qeyd edək ki, BMT TŞ-nin qapalı görüşləri TŞ-nin yalnız 15 ölkəsinin iştirakını nəzərdə tutur.

Xəbər 1567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +