İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.07.2020  14:32 

Xaricdəki aksiyalarda 50-yə yaxın həmyerlimiz yaralanıb





A+  A-

Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev mətbuat konfransında deyib. Bildirib ki, bir çox ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib:

“Bir çox hallarda aksiyalarla bağlı öncədən hüquq-mühafizə orqanlarının məlumatlanmasına baxmayaraq polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”.



Xəbər 1321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +