İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.04.2020  13:46 

ÜST rəsmisi açıqladı - Daha bir epidemiya yayılır





A+  A-

Qərbi Afrika ölkəsi Nigeriyada vəba epidemiyası yayılır.
XəzərNews.az-a istinadən xəbər verir ki, artıq bu səbəbdən ölkənin cənub-şərqində 21 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebonyi üzrə koordinatoru Eyo Nora mətbuata verdiyi açıqlamada əyalətdə 155 yoluxma faktının təsdiqləndiyini deyib. O, xəstəliyin rast gəlindiyi bölgələrə tibbi ləvazimatlar və dərmanlar göndərildiyini əlavə edib.

Xalqın epidemiyaya görə təşvişə düşdüyünü ifadə edən Nora simptomlar ortaya çıxanda insanların xəstəxanalara müraciət etməsini tövsiyə edib.

O bildirib ki, vəba təmiz su və gigiyena çatışmazlığından yayılmağa başlayıb.

Nigeriyada təmiz su ehtiyacının qarşılanmaması və tibbi müdaxilənin zamanında, effektiv şəkildə edilməməsi epidemiya və ölüm riskini artırır. Ölkədə uşaq iflici, ishal, meymunçiçək virusu, qızdırma, tifo kimi xəstəliklərə addımbaşı rast gəlinir.

Qeyd edək ki, hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Son rəqəmlərə görə, 936 min 170 nəfər Kovid-19-a yoluxub. 47 min 249 nəfər dünyasını dəyişib. 194 min 578-i sağalıb.

Xəbər 996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +