“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.07.2019  15:18 

Çernobıl xilasedicisi faciə haqda seriala baxıb intihar etdi





A+  A-

1986-cı ildə “Çernobıl” Atom Elektrik Stansiyasındakı partlayışdan sonra ora ilk yollanan xilasedici qruplardan birinin üzvü Naqaşibay Jusupov intihar edib.
XəzərNews.az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, Qazaxıstanda yaşayan 61 yaşlı Jusupov Aktoba şəhərində evində canına qəsd edib.

Mərhumun qızı Qauhar bildirib ki, atası “Çernobıl” serialına baxdıqdan sonra iyunun sonlarında özünü öldürüb.

Çernobıl əlilləri ictimai birliyinin rəhbəri Bakitjan Satov bildirib ki, Jusupov elektrik stansiyasının dördüncü blokunda işləyib. Beş uşaq atası olan xilasedici uzun illər mənzil növbəsində olub, lakin daha sonra adının siyahıdan çıxarıldığını öyrənib.

Onun Çernobıldan qayıdandan sonra güclü başağrıları olurmuş. Bəzən küçədə getdiyi yerdə huşunu itirirmiş.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş vermiş hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr olub. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.

Bu məqamda bildirək ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilib. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.

Xəbər 1082 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +