“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


25.06.2019  17:15 

Koçaryan yenidən həbsə göndərildi





A+  A-

Ermənistanın sabiq Prezidenti Robert Koçaryan yenidən həbsə göndərilib.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Appelyasiya məhkəməsi bu gün keçirilən prosesdə birinci instansiya məhkəməsinin keçmiş Prezidentin zaminə buraxılması barədə qərarını ləğv edib.

“Birinci instansiya məhkəməsinin 2019-cu il 18 may qərarı ləğv olunsun. Robert Koçaryana münasibətdə zaminə durmaqla bağlı qərar qüvvədən düşmüş sayılsın və yenidən həbs olunsun”, - deyə hökmdə bildirilib.

Robert Koçaryan və vəkilləri iclasda iştirak etməyib.

Appelasiya məhkəməsinin hökmü 15 gün ərzində şikayət oluna bilər.

Xatırladaq ki, R. Koçaryan 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Ona qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, 2018-ci il dekabrın 7-dən 2019-cu il mayın 18-nə qədər həbsdə olub.

Xəbər 926 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +