İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.05.2019  15:12 

Mübariz Məsimov Fuad Abbasovun müdafiəsinə qalxdı: “Rusiyadakı iş adamları kordular?”





A+  A-

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Məsimov Rusiyada döyülərək deportasiya ediləcək Fuad Abbasovun müdafiəsinə qalxıb.
XəzərNews.az xəbər verir ki, M.Məsimov məlumatı dünən aldığını deyib:

“Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı”.

M.Məsimov Rusiyadakı iş adamlarından narazılığını dilə gətirib:

“Onlara nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?! Diaspor deyirlər, hanı o diaspor? Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu, necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +