“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.11.2018  17:51 

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb





A+  A-

Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası bu gün də davam edir.
XəzərNews.az xəbər verir ki, dünən səhərdən bu gün səhər saatlarınadək keçirilən aksiyada 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.

“Sarı jiletlilər“ arasında dava, soyuq silahdan istifadə, aqressiya halları da baş verib ki, bu gecə saatlarında daha yüksək olub.

Dünən gün ərzində 2034 ərazidə keçirilən aksiyada 287710 nəfər iştirak edib. Bu gün səhər saatlarında yüzlərlə ərazidə etirazlar davam edir.

Xatırladaq ki, sarı jiletlər geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz əlaməti olaraq avtomobillərin yollarını kəsərək onların hərəkətinə mane olmağa çalışırlar

Xəbər 1113 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +