Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


18.11.2018  10:46 

Çaylarda sululuq artıb





A+  A-

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300 faizini təşkil edib.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 173 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 170 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 84,5 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 42 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 16, Salyanda 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 12 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2017-ci il noyabrın 16-da 379 sm), Şirvanda 247 sm (2017-ci il noyabrın 16-da 253 sm), Salyanda 201 sm (2017-ci il noyabrın 16-da 233 sm), Bankədə 211 sm (2017-ci il noyabrın 16-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2017-ci il noyabrın 16-da 95 sm) təşkil edib.

Xəbər 1066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +