İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.05.2018  12:21 

İTV-də baş direktor olmaq istəyənlər üçün müsabiqə başa çatır





A+  A-

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə elan etdiyi müsabiqənin vaxtı sabah bitir.
XəzərNews.az-ın məlumatına görə, Modern.az saytı bu günə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün neçə nəfərin sənəd verdiyini dəqiqləşdirmək üçün Şuraya müraciət etsə də, bu barədə sabah məlumat veriləcəyi bildirilib.

“MTRŞ-nın elan etdiyi müsabiqə sabah bitir. İndidən heç bir məlumat verə bilmərik. Sabah ictimaiyyətə bu barədə açıqlama veriləcək”.

Qeyd edək ki, müsabiqə mayın 15-də elan edilib.

Xatırladaq ki, mayın 11-də İTV açıqlama yayaraq Cəmil Quliyevin istefa verdiyini bildirmişdi. Hazırda İctimai Televiziya və Radio Yayımları şirkətində Balakişi Qasımov müvəqqəti olaraq baş direktor vəzifəsini icra edir.

Xəbər 998 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +