Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.12.2017  11:56 

Ziyafət Əsgərov: “Yoxsulluq və aclıq bu gün hər kəsi narahat edir”





A+  A-

“Yoxsulluq, aclıq və iqtisadi problemlər bu gün hər kəsi narahat edir. Dünyamız narahat vəziyyətdədir. Yaxın Şərqdə baş verən proseslər, qaçqın və miqrant problemləri var”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, Azərbaycan da işğal faktoru ilə üzləşib.

“Neçə illərdir Azərbaycanın 20 faizi qonşu Ermənistan tərəfindən işğal olnub. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu gün Azərbaycanda dövlət insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan layihə ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir. Nəzərinizə çatdırım ki, Azərbaycanda 2003-2005, 2008-2015-ci illərə dair yoxsulluğun aradan qalıdırması və davamlı inkişaf proqramları qəbul edilib. Bu yaxınlarda biz “İşsizlikdən sığorta haqqında” qanun qəbul etdik. Hesab edirəm ki, bu çox yaxşı qanun layihəsidir”.

Z.Əsgərov bildirib ki, gələcəkdə dünyanın 2/3-nin içməli su ilə bağlı problemi olacaq.

“Bu məsələ bütün dünyanı və BMT-ni narahat edir. Bu probeləmlər həll oluna bilər. Amma bu məsələdə dövlətlər bir araya gələ biləcəklərmi? Dövlətlər yaxşı bəyanatlar verirlər. Xüsusilə də inkişaf etmiş ölkələr. Bəzi ölkələrin sözü ilə əməli uyğun gəlirmi? Doğurdan da dünyanın inkişaf etmiş ölkələri bir nöqtəyə vursa, bu məsələlər həll oluna bilər”.

“Konkret Azərbaycana gəldikdə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində xeyli işlər görülür.15 il bundan əvvəl işsizliyin səvviyyəsi hardaydı, indisə harda. Hazırda Azərbaycanda işsizliyin səvviyyəsi 5-6 faizə çatıb. Biz çalışırıq ki, insanlar işlə təmin olunsun, yoxsulluğun səviyyəsi aşağı düşsün. Azərbaycan qarşıya qoyulmuş məqsədlərə çatmaqda dəstək verməkdə davam edəcək. İndiyə qədər bu sahədə xeyli qanunlar qəbul etmişik. Əgər lazım olsa, yenə də Milli Məclis bu işə öz töhfəsini verəcək” – deyə, Z.Əsgərov bildirib.

Xəbər 1057 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +