İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.05.2017  11:23 

452 min manatlıq uduş: “Topaz“ın fırıldağı, yoxsa reallıq?





A+  A-

“Topaz” ötən il olduğu kimi, bu il də mərc həvəskarlarını şirnlikləndirməkdə maraqlıdır.
XəzərNews.az Yeniçağ.Az - a istinadən xəbər verir ki, mərc şirkəti bu dəfə Xəyal adlı şəxsin 452 min 500 manatlıq uduşunu reklam edərək, insanları qumara dəvət edir.

“Topaz”ın yaydığı xəbərə görə, adıçəkilən şəxs fantastik məbləği ümumi olaraq 34 kuponun hesabına qazanıb. Maraqlıdır ki, o, hər bir kupona 300 manatlıq mərc edib. Bu isə ümumilikdə 10 min 200 manatlıq mərc deməkdir.

Belə olan halda isə sual yaranır: 10.200 manatı olan şəxs “Topaz” oynayarmı? Tutaq ki, bu riski gözə almısınız. Bəs, eyni oyunların yer aldığı kuponun hər birinə 300 manat yatırarsınız? Hər halda kiminsə belə risk edəcəyi inandırıcı deyil. Çünki 10 oyundan biri proqnoza uyğun gəlməsə, bu, 10.200 manatın “yanması” deməkdir.

Çox güman ki, bu, reallıq yox, “Topaz”ın Xəyal adlı şəxsin adı altında uydurduğu xəyalının məhsuludur. Bunu şirkətin PR-ı üçün düşünülmüş ucuz reklam da adlandırmaq olar. Çünki burada mərc şirkəti maraqlı olan tərəfdir.

Qeyd edək ki, qanuni qumar hər adama xoşbəxt anlar yaşatmır. Dövrü mətbuatda “Topaz”a görə intihar edənlərə, dağılan ailələrə, cinayətlərə aid onlarla xəbərə rast gəlmək olar.


Xəbər 1820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +