“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.04.2017  20:17 

Arvadı ilə uşaqlarını öldürüb intihar etdi





A+  A-

Rusiyanın Stravropol şəhərində dəhşətli qətl hadisəsi baş verib.
XəzərNews.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər sakini həyat yoldaşı ilə iki uşağını öldürdükdən sonra öz canına da qəsd edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

İlkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, ana ilə uşaqlarına ailənin rəhbəri xəsarət yetirdikdən sonra özünü öldürüb: “Kişinin əlində bıçaq aşkarlanıb. Qətlə yetirilənlərin bədənindəki xəsarətlər də oxşardır. Evə zorla daxil olma halı ilə bağlı iz müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub, əşyaların yerlərində də heç bir dəyişiklik olmayıb”.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər 990 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +