İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


06.02.2017  21:41 

Arvadını öldürən ər tez-tez anasını da döyürmüş - Dəhşətli qətlin təfərrüatı





A+  A-

 

Gədəbəydə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

XəzərNews.az APA TV-yə istinadən xəbər verir ki, rayonun Zəhmət kənd sakini, 34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı, 39 yaşlı Dürdanə Əsgərovanı döyərək qətlə yetirib.

Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü olub. O mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə görə qonşular Zamurla ünsiyyəti kəsiblər.

Qətli törədənin qohumu Qənirə Süleymanova deyir ki, Zamur Allahverdiyevin ailəsi ilə ünsiyyətləri olmayıb: "Mənim onlara gediş-gəlişim olmayıb. Oğlan dəli idi. Özü gəldi bizə, dedi ki, yoldaşımı öldürmüşəm. Gedin görün, nə edirsiniz? Mən də yoldaşıma dedim, dur get, gör nə olub. Deyir, yoldaşımı öldürmüşəm. Camaat gəlib gördü ki, qadın ölüb. Anasını da o qədər döyüb ki, qadın yataq xəstəsidir".

Qətlə yetirilən Dürdanə Əsgərova 2 oğlan, bir qız anası olub. Ailənin böyük oğlu ikinci sinifdə oxuyur. Cinayət azyaşlıların gözü qarşısında baş verib. Uşaq anasının öldürülmə səbəbini bilmir: "Anam nə isə etmişdi, atam da döyüb öldürdü".

Qadın qətlə yetiriləndən sonra onun meyiti morqa aparılıb. Qardaşına və anasına cinayət barədə məlumat verilsə də, onlar qadının meyitini aparmaqdan imtina ediblər. Kənd sakini Raya Əliyeva deyir ki, ailə meyitə sahib çıxmaqdan imtina edir: "Gətirdik meyiti. Qardaşı dedi ki, bizə elə adam lazım deyil".

Kənd icra nümayəndəsi Tahir Mirzəyevin sözlərinə görə, ailə ünvanlı sosial yardımla təmin edilib, Zamur Allahverdiyevin anası təqaüd alıb. Qətli törədən şəxs özəl təsərrüfatlarda işləyərək pul qazanırmış.

Qətl hadisəsi ilə əlaqədar Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hazırda kənd sakinlərini narahat edən məsələ azyaşlı uşaqların taleyidir. Hazırda onlar Zamur Allahverdiyevin ögey qardaşının evində olsalar da, ailənin maddi durumu azyaşlılara baxmağa imkan vermir. Qətli törədən ailənin qohumu Qənirə Süleymanova deyir ki, yetim qalan uşaqlara baxmaq imkanları yoxdur: "3 körpə uşaqdır, bir də anadır. O da yataqdadır. Ağır gövdəli adamdır. Mən ona baxa bilmərəm".

 



Xəbər 925 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +