“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.08.2022  17:45 

Nehrəmli generallar getdi, gömrük sistemi düzələcəkmi?





A+  A-

Əksər vaxt hədəflərimizdə yanlışa yol veririk. Özümüzü bir absurda inandırıb, sonra xəyal qırıqlığı yaşayırıq.

Dövlət Gömrük Komitəsində 2015-ci ildə rəhbərlik dəyişəndə hamı bunu alqışladı, sevinənlər oldu. Bir ağızdan deyildi ki, düzələcək. Düzəldimi? Xeyr! Çünki o sistemdə rüşvət mexanizminin başında dayanan əsas fiqur Səfər Mehdiyev sədr təyin edildi.

İndi də əsas arqument budur: Nehrəmli generallar GK-dən uzaqlaşdırılır, sahə düzələcək. Ləzginin sözü olmasın, ay düzəldi ay, ölüb e... Bir dövlət qurumunda eyni kənddən o sayda məmurun, generalın təmsil olunması dünyanın ən biabırçı görməmişliyidir. Həmçinin rüşvətə, korrupsiyaya yola açan sadə, asan mexanizmdir.

Gömrük Komitəsi niyə bu qədər şişirdilib? Onun adı ətrafında bu ajiotajın səbəbi nədir? Təbii ki orda dönən rüşvət, korrupsiya çarxı. Bir də zamanında nüfuzlu klanların, məmurların bu sistemdə təmsilçilikləri.

Keçən postlarımızın birində vəzifədə olan avtoritetlərin 2019-cu ildən başlayaraq vurulması haqda yazmışdıq və bunu doğru siyasət kimi göstərmişdik. Həmin məmurlar o qədər hazırlamışdılar, şişmişdilər ki, özlərini ölkənin sahibləri kimi aparırdılar. İlham Əliyevlə yarışırdılar. İki, üç, hətta dörd hakimiyyətlilik yaratmışdılar dövlət daxilində.

İndi də avtoritetləşmiş qurumlar qalır. Onların qazını almağın zamanı çatıb. Ən başda DGK gəlir. Dünyanın heç yerində gömrük sistemi dövlət içində dövlət deyil. Növbəti Səfərlərin yetişməməsi üçün oradan rüşvəti yığışdırmağın yollarını tapmaq lazımdır. Tam mümkün olmasa da azaltmaq olar. Ən azı ildə bir dəfədən az olmayaraq DGK sədri və komandası dəyişdirilməlidir. Bu zaman ciddi təhvil-təslim aparılmalıdır. Yeni gələn imkan edib özünə dəstə, klan düzəldə bilməsin.

Azər Ayxan

Xəbər 1506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +