Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.03.2018  16:26 

“Xaricdə Azərbaycan əleyhinə iş aparan blogerlər Bakıya gətirilə bilər”





A+  A-

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov xarici ölkələrdə yaşayan bir qrup müxalifətçi blogerlərin ölkə prezidentinə qarşı apardığı qarayaxma kampaniyalarına cavab verib.
XəzərNews.az-ın məlumatına görə, S.Novruzov "Ölkə.Az"a açıqlamasında deyib ki, həmin şəxslər erməni mərkəzlərindən müvafiq tapşırıqlar alaraq, Azərbaycan xalqı və dövləti əleyhinə təxribat kampaniyaları həyata keçirirlər:

“Hər dəfə Azərbaycanda prezident seçkiləri ərəfəsində buna bənzər hallar mövcud olur. Həmin şəxslər erməni lobbisi tərəfindən maliyyə alaraq, Azərbaycanda keçiriləcək prezident seçkilərinə kölgə salmağa çalışırlar. Həmin qüvvələrə Azərbaycanda bir neçə siyasi partiya da dəstək verir. Bütün bu addımların atılmasında əsas məqsəd Azərbaycanda keçiriləcək azad, demokratik və şəffaf prezident seçkilərinə indidən kölgə salmaqdır”.

S.Novruzov qeyd edib ki, artıq Azərbaycanda bir neçə şəxs prezidentliyə namizədliyini irəli sürüb:

“Onların arasında müxalifət partiyaları da təmsil olunur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda siyasi mövqeyindən asılı olmayaraq, prezident olmaq istəyən bütün şəxslərə bərabər şərait yaradılıb. Seçki Məcəlləsinin tələblərinə cavab verən istənilən Azərbaycan vətəndaşı seçkilərdə namizədliyini irəli sürüb iştirak edə bilər. Bunun üçün heç bir əngəllər mövcud deyil. Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycanda yaradılan bu cür demokratik şəraiti pozmağa və təxribatlar yaratmağa çalışırlar. Bununla da həmin qüvvələr Azərbaycan dövlətinin milli maraqlarına zərər vururlar. Şübhəsiz ki, Azərbaycan dövlətinin maraqlarına zərbə vurmaq istəyən şəxslər erməni lobbisinin tapşırıqlarını yerinə yetirirlər”.

YAP rəsmisi vurğulayıb ki, Avropada Azərbaycan xalqı əleyhinə təxribat və qarayaxma fəaliyyəti aparan blogerlərin Aleksandr Lapşin kimi Bakıya ekstradisiyası da mümkün ola bilər:

“Qarşılıqlı ekstradisiya ilə bağlı əməkdaşlıq müqavilələri olan hər bir ölkədən cinayət törətmiş şəxslərin Azərbaycana gətirilməsi mümkündür. Bu müqavilələrə uyğun olaraq, Azərbaycan qanunları ilə cinayət törətmiş şəxslər Azərbaycana gətirilə bilər. Çünki heç kəsin ixtiyarı yoxdur ki, ayrı-ayrı şəxsləri və onların ailə üzvlərini təhqir etsin. Bu, cinayət əməlidir. İndiyədək bir nəfər deyə belə Azərbaycan hakimiyyətinin müxalifət nümayəndələri və onların ailəsi haqqında təhqiramiz ifadələr işlətməsini deyə bilməz. Bunu bundan sonra da heç kəs eşitməyəcək. Bilirsiniz, siyasi mübarizə və siyasəti əxlaq normaları çərçivəsində aparmaq lazımdır. Bunu etməyəndə isə həmin qüvvələr ilk növbədə Azərbaycan xalqını, cəmiyyətini və dövlətçiliyi təhqir etmiş olurlar. Bu cür hərəkətlərlə həmin qüvvələr Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edirlər”.

Xəbər 1362 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +