İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.07.2017  16:19 

Bakıda yaşlı əlili döyən polis mühakimə olunacaq





A+  A-

İyulun 28-də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində 1 nömrəli ruhi xəstəxanada bağban işləyən 1949-cu il təvəllüdlü Bahadur Nurməmməd oğlunun 14-cü polis bölməsinin əməliyyat müvəkkili Rəsul Hüseynova qarşı iddia üzrə məhkəmə araşdırması başlayacaq.
2014-cü il 20 avqust tarixində R.Hüseynov 1 nömrəli ruhi xəstəxanaya mülki geyimdə gəlib özünü təqdim etməyərək iddiaçıya onunla bölməyə getməsini bildirmişdi. Bahadur Nurməmməd oğlu etiraz edəndə ona qarşı zorakılığa yol verildi, R.Hüseynov yaşlı kişinin qollarını burub ona baş nahiyəsinə zərbə endirib. R.Hüseynovun xəstəxanaya gəlişinin səbəbi isə baş həkim İndira Yəhyayevanın guya B.Nurməmməd oğlunun ona məxsus Chevroloet Niva avtomobili mismarla cızması barədə şikayəti olub. Bölmədə aparılan araşdırma nəticəsində həmin əməlin cinayət tərkibli olmadığı üzə çıxsa da, İ.Yəhyayeva daha sonra B.Nurməmməd oğluna qarşı Xətai Rayon Məhkəməsinə də şikayət etdi. Lakin məhkəmə cavabdehin bu əməldə günahkar olmadığı qənaətinə gəldi.

Digər tərəfdən, üçüncü qrup əlil olan B.Nurməmməd oğlu DİN-ə və Bakı Şəhər Baş Polis İdarəsinə R.Hüseynovun qanunazidd hərəkətlərilə bağlı şikayət verdi. Belə ki, əməliyyat müvəkkili ona ağır xəsarət yetirmiş və bu da aparılan tibbi ekspertizanın rəyində öz əksini tapmışdı. Lakin DİN və BBPİ həmin şikayəti və ekspertiza rəyini cinayət işini başlamaq üçün mötəbər əsas kimi qəbul etmədilər. Daha sonra B.Nurməmməd oğlunun Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna va Baş Prokurorluğa çoxsaylı şikayətləri də heç bir nəticə vermədi. İndi isə B.Nurməmməd oğlu ona ağır xəsarət yetirən polis əməkdaşını məhkəməyə verərək ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

Elçin
XəzərNews.az


Xəbər 1848 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +