İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2023  13:15 

Bakı-Quba ödənişli yolu: Tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir - Deputat





A+  A-

Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir.

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, azı 2-3 dəfə rayonda olub, amma yolda maşın olmayıb:

“Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir”.

Deputat hökumətdən xahiş edib ki, müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.

Vahid Əhmədov həmçinin qeyd edib ki, 2023-cü ildə cənab Prezidentin fərmanı ilə ölkənin ərzaq buğdası ilə təmin edilməsi üçün dövlət büdcəsindən 200 milyon manat ayrılıb:

“2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 60 milyon manat, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 502,0 milyon manat vəsait nəzərdə tutulub. Ayrılan vəsaitin düzgün xərclənməsi ərzaq bazarında qiymətlərə öz müsbət təsirini göstərməli və bu sahədə idxaldan asılılığı azaltmalıdır. Çünki idxalın da 2023-cü ilə nisbətən 2024-cü ildə 8.3% artaraq 16,1 milyard manata çatacağı proqnozlaşdırılır”.

Deputat eyni zamanda səhmləri əsasən dövlətdə olan dövlət şirkətlərinin özəlləşdirilməsi tədricən həyata keçirilməli olduğunu diqqətə çatdırıb:

“Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.

Xəbər 485 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +