İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.09.2023  10:16 

Ermənilər Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək - Siyahı





A+  A-

Oktyabrın 1-də İsveçdə yaşayan ermənilər Azərbaycan səfirliyi qarşısında mitinq keçirəcəklər.

Bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib.

E.Mirzəyev bildirib ki, hazırda Qarabağdan gedən ermənilərin İsveçə köçü sürətlənib:

"Bildiyiniz kimi, İsveç hökuməti onlara 1,5 milyon dollar yardım ayırıb. Eyni zamanda onların İsveçə köçü də başlayıb. Qarabağ ermənilərinin qarşılanmasında və yerləşdirilməsində İsveçdə yaşayan daşnaklar fəallıq nümayiş etdirirlər. Onu da deyim ki, İsveçin miqrasiya idarəsində onların sayı ilə bağlı hələ heç bir məlumat yoxdur. Əgər İsveç onlara qaçqın statusu versəydi bu barədə müvafiq qurumun məlumatlarında yer alardı. Görünür, İsveç hökuməti onlara qaçqın statusu verməyəcək".

E.Mirzəyev bildirib ki, DABF-da və Konqresdə təmsil olunan azərbaycanlılar ermənilərin keçirəcəyi mitinq və radikal çıxışları, hərəkətləri ilə bağlı İsveç polisinə müraciət edib:

"Hazırda biz prosesi yalnız sakit şəkildə muşahidə etmək məcburiyyətindəyik".

E.Mirzəyev bildirib ki, İsveçdə yaşayan erməniləri iki qrupa bölmək olar: "Onların bir hissəsi ümumiyyətlə prosesə qarışmır, digər qismi isə daşnaklardır. Daşnaklar daha fəaldır və prosesi onlar idarə edir".

Dünyada ən böyük erməni kilsəsinin İsveçdə - Stokholmda olduğunu qeyd edən E.Mirzəyev prosesin elə bu kilsədən idarə olunduğu qənaətindədir:

"Müşahidələrimizə görə hazırda həmin kilsəyə çoxlu sayda adam girib - çıxır, müraciət yayırlar. Bir sözlə burdakı ermənilər sabahkı mitinqə güclü hazırlaşır".

Qeyd edək ki, ermənilər təkcə Stokholmda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında da mitinq keçirəcəklər.

Həmin ölkələrin siyahısını təqdim edirik:



Xəbər 2201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +