İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.10.2022  21:53 

Baş leytenant arvadını qətlə yetirdi





A+  A-

Bu gün Goranboyda ər arvadını qətlə yetirib.

Hadisə rayonun qaçqınlar şəhərciyində baş verib. N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant 1994-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş Həsənli Bəbir İntiqam oğlu öz həyat yoldaşını, həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçusu - Gəncə şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Babayeva Zəhra Cavid qızının bıçaqla başını kəsərək qətlə yetirib.

Həsənli Bəbir İntiqam oğlu Goranboy rayon Polis Şöbəsinə gedərək təslim olub. Bəbirlə Zəhra bir aydır ailə qurublar. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan faktı təsdiq ediblər. Baş inspektor, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Goranboy rayon Polis Şöbəsinə bir nəfər qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”./"Qafqazinfo"

Xəbər 694 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +