İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.11.2019  16:28 

4G “Nar” şəbəkəsinin istifadəçiləri iki dəfə artıb





A+  A-

Ölkənin ən gənc mobil operatoru “Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam edir.
XəzərNews.az xəbər verir ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub. Bununla da hazırda “Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan davamlı şəbəkə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa, 54 region “Nar”ın sürətli 4G şəbəkəsi ilə əhatə olunub.

Bütün ölkə ərazisində quraşdırılan yeni LTE texnologiyalı baza stansiyaları regionlarda 4G internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Belə ki, son 1 il ərzində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 100%-dən çox artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən yararlanan aktiv abunəçilərin sayı 900 mini ötüb.

“Nar” ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G şəbəkəsinin coğrafi əhatə dairəsini 347%, ölkə əhalisinin əhatə dairəsini isə 120% artırmağa nail olub. Bununla da hazırda mobil operatorun 4G şəbəkəsi ölkə ərazisinin 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 92%-ni əhatə edir. “Nar” hazırda 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +