İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.01.2018  15:19 

Əhəd Abıyevin qardaşı oğlu sahibkarlara pul atıb - ŞİKAYƏT





A+  A-

Son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir.
Faktiki olaraq, bu gün hansısa dövlət qurumu, yaxud şirkətindən həyata keçirdiyi mal, iş və xidmətlərin satın alınması proseslərinə dair məlumat öyrənmək qeyri-mümkündür. Ən yaxşı halda tenderlərin keçiriləcəyinə dair elanları əldə etmək olur. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə əsasən, heç bir tender maraqlı tərəflərə əvvəlcədən məlumat verilmədən keçirilə bilməz. Bu tələbə formal da olsa əməl etmək üçün dövlət qurumları tender elanlarını haradasa – ya yazılı, ya da elektron mətbuatda,- yerləşdirməyə məcbur olurlar.
Ona görə də Azərbaycanda dövlət bu sahə qədər qaranlıq, qapalı və korrupsiya mənbəyi olan ikinci bir sahə bəlkə də yoxdur.

Ən kiçik ranqlı məmurlar belə tender oyunlarından yararlanmağa çalışırlar.
XəzərNews.az-ın obyektiv.info-ya istinadən məlumatına görə, bir qrup ağdamlı sahibkar bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün 7 min dollar rüşvət veriblər. Rüşvəti alan isə Massallı İcra Hakimiyyətində başçının birinci müavini Nadir Abıyevin oğlu Səyab Abıyevdir.
Lakin pul verilsə də, üstündən xeyli müddət keçsə də Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.
Hazırda sahibkarlar Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinə və DTX-ya bu məsələ ilə ilə bağlı müraciət edəcəklərini bildiriblər.

Xəbər 1939 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +