İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.06.2017  14:31 

Abbas Abbasovun oğlu Nizami parkının xarabalıqlarında VİP-Plaza tikdirir





A+  A-

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun oğlu Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “RİA Dagestan” agentliyi bildirir.

Agentliyin məlumatına görə parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.



Tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə iyunun 20-nə olan məlumata görə binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı. “Bəzi məlumatlara görə bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var. Habelə fəhlələr arasında dolaşan şaiyələrə görə Rusiya İstintaq Komitəsinin yerli idarəsinin rəhbərinin də bu tikintiyə aidiyyatı var. Görünür inşaatçıların saymazyana hərəkətinin də səbəbi buradan qaynaqlanır, onlar KİV-lərdə tikintinin qanunsuz olması barədə yazılanlara əhəmiyyət vermirlər”-“RİA Dagestan” bildirir.



Abbas Abbasovun oğlu Aydın Abbasov keçmiş deputatdır, bir vaxtlar Azərbaycanda da biznes aktivləri mövcud idi.

Xatırladaq ki, Dərbənddəki Nizami parkı tarixi-mədəni əhəmiyyətə malikdir, orada əsaslı tikinti qadağandır. Xüsusən də parkın ərazisində 2015-ci ildə XVI əsrə aid qəbiristanlıq aşkar edilib. Lakin park baxımsızlıqdan xarabalığa və zibilliyə çevrilib, o cümlədən virtualaz.org saytı dəfələrlə bu haqda yazıb. Nizaminin parkda yerləşən heykəli də baxımsızlıq ucbatından zədələnib. İndi isə Dağıstan məmurları dahi şairin adını daşıyan parkın abadlaşdırılması əvəzinə onun ərazisinin tikinti meydançasına çevrilməsinə şərait yaradıblar.


Xəbər 2030 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +