Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.05.2023  16:40 

Qızıl Xaçın Laçındakı keçid məntəqəsindən hərəkətinə qadağa var?





A+  A-

Laçın dəhlizində keçid məntəqəsinin yaradılmasından sonra Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin dəhliz boyu hərəkətinə və xəstələrin daşınmasına qadağa qoyub.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə hüquq müdafiəçisi Qeqam Stepanyan məlumat verib.

“Bu keçid məntəqəsinin yaradılmasından sonra Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin Artsaxdakı fəaliyyətinə hər cür mane olur. Artıq 11 gündür ki, BQXK-nın maşınları ağır vəziyyətdə olan xəstələri Ermənistanın tibb müəssisələrinə çatdıra bilmir”, – Stepanyan öz Twitter səhifəsində yazıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya və xəbərdarlıq proqramlarının rəhbəri Zara Amatuni də erməni mediasına deyilənləri təsdiq edib.

Qeyd edək ki, Azərbaycan tərəfi belə bir faktın mövcudluğunu hələ də təsdiq etməyib.

Jurnalist Asəf Quliyev isə BQXK maşınlarının sərhəddən keçidi ciddi yoxlama səbəbindən dayandırıldığını belə şərh edib:

- Laçın dəhlizinin Həkəri çayı üzərindəki sərhəd məntəqəsinin qurulmasından sonra rəsmi Bakı BQXK-nin Qarabağa Ermənistan ərazisindən gəlib-gedən avtomobillərinin ciddi yoxlanması prosedurunu tətbiq etməyə başlayıb.

Bu barədə həm Azərbaycanın rəsmi dairələrindən, həm də erməni mənbələrindən məlumatlar gəlir.

Erməni mənbələrindən gələn məlumata körə artıq BQXK avtomobillərinin sərhəd keçidləri dayandırılıb.

Çox maraqlıdır ki, nə Azərbaycanın rəsmiləri, nə çoxsaylı ekspertlər ordusu, nə də BQXK-nin Bakı və İrəvan ofisləri keçidlər zamanı yoxlama prosedurlarının necə olduğu barədə danışmağa həvəs göstərmir.

Yaranmış situasiyada görünən odur ki, rəsmi Bakı separatçıların daha bir nəfəsliyini bağlamaq qərarını verib. BQXK-nin avtomobilləri ciddi yoxlamadan keçəcək. Bu avtomobillərdə kimin keçdiyi əvvəlcədən hazırlanmış siyahı əsasında reallaşmayacaq. Keçən şəxslərin kimliyi yerindəcə sərhəd postunda yoxlanacaq.

P.S. Xatırladım ki, Şuşa yaxınlığında keçirilən aksiya zamanı BQXK-nin avtomobilləri çoxsaylı keçidlər edirdi. Lakin bu avtomobillərdə kimin keçdiyi heç bir formada yoxlanılmırdı. Sadəcə əvvəlcədən Azərbaycan tərəfinə belə bir keçidin ediləcəyi N sayda xəstənin aparılacağı barədə məlumat verilirdi.

P.P.S. Aksiya keçirildiyi müddətdə təkcə BQXK-nin avtomobilləri yox, üzərində PRESS yazılmış, Rusiya dövlət nömrə nişanlı avtomobillərdə keçid edirdi və bu avtomobillər də yoxlamadan keçmirdi.

Xəbər 765 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +