İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.03.2023  13:56 

“Kim zəmanət verir ki, Bakıdan qayıdacaqlar?” - Paşinyan





A+  A-

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə dünənki söhbətimiz əsasən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsinə həsr olunub.

XəzərNews.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında deyib.

Dünən baş tutan telefon danışığına toxunan Paşinyan bildirib ki, onda olan məlumat və təəssüratları çatdırıb, həmçinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında problemlərin olduğunu vurğulayıb.

“Mənim üçün Ermənistan-Rusiya münasibətləri kontekstində ən vacib məsələ ondan ibarətdir ki, Qarabağda çox gözlənilməz bir hadisə baş verdi, əhali Rusiya sülhməramlı qüvvələrinin qərargahı qarşısında etiraz aksiyası keçirdi. Bu, narahatlıq doğurur və mən bu narahatlığı Rusiya Federasiyasının prezidentinə çatdırmağı zəruri hesab etdim”, - Paşinyan bildirib.

N.Paşinyan yerli medianın Qarabağda yaşyan ermənilərlə üçtərəfli görüşündən sonra Bakının inteqrasiyadan danışmağa başlaması və Rusiyanın bunun tərəfdarı olduğunu güman etmək olarmı sualına cavab verib.

“Bu məsələlərlə bağlı Rusiya Federasiyasının mövqeyini səsləndirməyi düzgün hesab etmirəm, xüsusən də Rusiya Federasiyası öz mövqeyini dəfələrlə səsləndirdiyinə görə”, - deyə Paşinyan əlavə edib.

Paşinyan bildirib ki, ermənilərin Bakıya getməsində təhlükəsizlik problemləri var:

“Kim zəmanət verir ki, Bakıdan qayıdacaqlar?”.


Xəbər 440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +