Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.01.2022  21:46 

İlham Əliyevdən Ermənistanın dövlət kimi taleyini sual altına qoyan xəbərdarlıqlar – TƏHLİL





A+  A-

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinə dair səsləndirdiyi fikirlər açıq qalan məsələlərə dair situasiyanın qeyri-müəyyən olduğunu göstərir.


İlham Əliyevin Ermənistana çağırışının mayasında İrəvanı sülh müqaviləsini imzalamağa məcburetmə mexanizmləri dayanır, Prezident əks təqdirdə daha sərt addımların atılacağının anonsunu verir.

Bunun səbəbləri:

1. Azərbaycan delimitasiya və demarkasiya ilə bağlı Ermənistana aydın təkliflər irəli sürsə də, Ermənistanda bunun gələcəyinə dair açıq-aydın təsəvvürlər yoxdur,

2. Ermənistan sülhün özünü təcriddən çıxarıb normal münasibətlər sistemində mövqe tutmasına gətirib çıxaracağına inansa da, ərazi bütövlüyü məsələsində böyük çaşqınlıq içərisindədir. Bu isə yekun sülh müqaviləsinin imzalanmasını ləngidir və Ermənistana vaxt qazandırır.

Ermənistanın ərazi bütövlüyünə dair ikibaşlı mövqeyinin altından onun hələ də nələrəsə, hansı dövlətəsə güvənməsi dayanır, amma bu əbəsdir və heç bir fayda gətirmir.

İlham Əliyev bu müsahibəsində Ermənistanı əməlli-başlı çalxalayacaq açıqlama verdi və Ermənistanın dövlət kimi taleyinin sual altına düşəcəyinə işarə edən konsepsiyanı ortaya qoydu.

Söhbət ondan gedir ki, əgər Ermənistan sülh müqaviləsi imzalamaqdan imtina etsə və ərazi bütövlüyümüzü tanımasa, bu zaman Azərbaycanın kontur-tədbirləri daha sərt olacaq.

İlham Əliyevin bəyanatının məğzi Ermənistanın qeyri-müəyyən və ikibaşlı mövqeyinin davamlı olacağı təqdirdə Azərbaycanın adekvat tədbirlərini özündə əks etdirir.

Yəni:

1. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, bu o deməkdir ki, Bakı Ermənistanın 1918-ci ildə və 1920-ci ildə Azərbaycandan aldığı ərazilər (İrəvan, Zəngəzur, Göyçə) uğrunda mübarizə aparacaq,

2. Bu, Ermənistanın taleyinə işıq tutan xırda-para məqamları da aradan qaldıracaq və Ermənistan dövlət kimi qalmayacaq.

İlham Əliyevin sitatı: “Hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Azərbaycan artan hərbi qüdrəti, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin dərinləşməsi fonunda bu xəbərdarlıq Ermənistan üçün “olum ya ölüm” seçimini təqdim edir.

Olum olacaqsa, bu, İrəvanın öz xeyrinə nəticələnəcək, yox, ölüm variantı seçiləcəksə, bu zaman dövlət olaraq öləcək.

İlham Əliyevin çıxışının xarakteri həm də onu göstərir ki, Azərbaycan postmüharibə dövründə əhəmiyyətli dərəcədə beynəlxalq dəstək qazanıb.

Bundan əvvəl İlham Əliyevin ritorikası bir qədər fərqli idi, indi isə daha sərt danışmağa vadar edən MDB məkanında baş verən son hadisələrdir.

Çünki Mərkəzi Asiya uğrunda qızışan mübarizə, Rusiyanın patronajlığı altında olan KTMT-nin hadisələrə müdaxilə imkanlarından Ermənistan özünün keçmişə söykənən revanşist şüurunu oyatmaq üçün yararlanmağa çalışır və özünə hərbi dəstək qazanmaq istəyir.

Azərbaycan güclənən qlobal çəkişmədə özünə strateji mövqe qazanmağı hədəfləyir və təhdid və təhlükələrə qarşı preventiv tədbirlər planını elan edir.

Bu mənada İlham Əliyevin sülh müqaviləsi imzalanmayacağı təqdirdə ermənilərin revanş cəhdlərindən danışarkən “bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik” deməsi bunun göstəricisidir.

Aqşin Kərimov

Xəbər 1055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +