İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.12.2021  16:39 

Əli Kərimlinin həbsdə olan sürücüsü haqda qərar ləğv olundu





A+  A-

Bu gün Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin 2 il 2 aydır həbsdə olan sürücüsü, eyni zamanda, partiyanın Binəqədi rayon təşkilatının sədri Paşa Umudovun işinə baxılıb.

Hakim İlkin Rəcəbovun sədrliyilə keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, Paşa Umudov haqqında aşağı instansiyanın – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Ali Məhkəmə qərar verib ki, Paşa Umudov haqqında cinayət işi bu instansiyaya qaytarılsın və orada təkrar araşdırılsın.

2019-cu il oktyabrın 15-də həbs olunan və Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham edilən Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmüylə 4 il 6 ay azadlıqdan məhrum edilib.

Əli Kərimlinin sürücüsü olduğuna görə saxta narkotik ittihamıyla cəzalandırıldığını deyən Paşa Umudovun vəkilinin bu hökmdən verdiyi şikayətə 2020-ci ilin oktyabrında Bakı Apelyasiya Məhkəməsində baxılıb. Lakin şikayət təmin olunmayıb – Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası 4 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Ali Məhkəmə belə nəticəyə gəlib ki, o zaman obyektiv araşdırma aparılmadan hökm qüvvədə saxlanılıb.

58 yaşlı Paşa Umudov özünü təqsirli bilmir. Onun sözlərinə görə, bir çox siyasi fəallar kimi, onu da həbs eləmək üçün narkotikdən vasitə kimi istifadə olunub, əslində isə ona heç bir aidiyyəti yoxdur. Paşa Umudov xatırladıb ki, onu Milli Şuranın 2019-cu il oktyabrın 19-na təyin etdiyi mitinq öncəsi həbs ediblər:

“Əvvəlki mitinqlərdə olduğu kimi, onda da artıq cəbhəçilərin həbsi başlamışdı. Mən də həbsimi gözləyirdim. Bunu bilə-bilə kim cibində narkotik saxlayardı? O narkotikin mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Tamamilə saxta işdir. Mən narkotik satanamsa, niyə evimdə axtarış aparılmayıb? Çünki məni həbs edənlər yaxşı bilirdilər ki, mənim evimdə narkotik ola bilməz”./Meydan TV

Xəbər 1072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +