İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.05.2021  11:09 

Ayaz Mütəllibovdan Qaragöllə bağlı - Açıqlama





A+  A-

Azərbaycanla Ermənistan arasında Laçın rayonu ərazisində yerləşən Qaragöllə bağlı mübahisələr davam edir. Ərazinin onlara məxsus olduğunu iddia edən rəsmi Yerevan Azərbaycanla sərhəd delimitasiyası və demarkasiya məsələsini beynəlxalq müstəviyə qaldırıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da məsələ ilə bağlı Modern.az-a danışıb.

1992-ci ilin martına qədər prezident olmuş siyasətçi Qaragölün müstəqilliyin ilk illərində Azərbaycanın nəzarətində olduğunu diqqətə çatdırıb.

“Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl əzəli Azərbaycan torpağıdır”.

O qeyd edib ki, tək Qaragöl yox, Zəngəzur mahalı, İrəvan xanlığı da Azərbaycanın əzəli torpağıdır:

“Hazırda müzakirələrə səbəb olan Qaragöl əzəli Azərbaycan torpağıdır. Ermənilər hər zamanki kimi yalan iddialar irəli sürür. Tək Qaragöl yox, eyni zamanda Zəngəzur mahalı, İrəvan bölgəsi də bizimdir. Sadəcə, biz bəzi səbəblərə görə həmin ərazilərimizi itirmişik”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.

Xəbər 2174 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +