“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.05.2019  16:33 

Bakıda daha bir şagird özünü 2-ci mərtəbədən atdı - RƏSMİ





A+  A-

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub.
Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən XəzərNews.az-a bildirilib ki, mayın 13-ü saat, təxminən, 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.

Qeyd olunub ki, adı açıqlanmayan şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır:

"Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

Xəbər 1020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +