Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


07.05.2018  12:43 

Ucarda Abbas Hüseynov 9 nəfərlik ailəni çörəksiz qoydu





A+  A-

Ucar rayon sakini Məmmədova Məlahət Eyyub qızı Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun qanunsuz əməlləri ilə bağlı XəzərNews.az-ın elektron ünvanına şikayət məktubu göndərib.
Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

Ucar rayonu Mirzağa Əliyev küçəsi ev 11 sakini Məmmədova Məlahət Eyyub qızı tərəfindən
ŞİKAYƏT

Sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun kadrı və yaxın adamı olan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynov beşi azyaşlı olmaqla 9 nəfərlik ailəmin çörəyinə bais oldu.
Mən Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində elektirik mexaniki vəzifəsində 25 il işləmişəm. Heç bir əsas olmadan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynov həmin ştatın ləğv edilməsi üçün təqdimat yazaraq baş idarəyə göndərdiyindən işsiz qaldım. Bunun isə özəl səbəbləri var. Çünki rəis Abbas Hüseynovun qanunsuz əməllərinə göz yuma bilmədiyim üçün onun barəsində şikayət etdiyimə görə məndən bu yolla qisas aldı. Hal-hazırda Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində adı işdə gedən özləri isə heç vaxt işə gəlməyib maaş kartları isə rəis Abbas Hüseynovun cibindədir.Rəis Abbas Hüseynov bu adamların kartları vasitəsi bankomatdan maaşları özü götürür ki. bunu subut etmək üçün həmin kartlardan kimin pul çıxarmasını bankomatdan foto robotun çəkdiyi şəkilləri araşdırmaq kifayət edər. Ancaq yoxlama gələndən-gələ həmin adları işdə gedib özləri başqa yerlərdə olan maaş kartları Abbas Hüseynovun cibində olan şəxslər iş yerində peyda olurlar. Həmin "işçilərin" konkret siyahısı məndə var əgər yoxlama aparılarsa təqdim edə bilərəm.

Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun korrupsiya əməlləri bununla bitmir. Mənim qızım Məmmədova Rəna Əlimövsüm qızı Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində telefonçu vəzifəsində işləyirdi. Rəis Abbas Hüseynov qızımın xəbəri olmadan onun adından ərizə yazdırıb onun əvəzinə imza etdirib işdən çıxarmışdır. Guya qızım Rəna rəis Abbas Hüseynova ərizə yazıb işdən çıxarılmasını xahiş edib. Həmin ərizə obyektiv araşdırılarsa bu tam subut olunacaq ki, həmin ərizədəki xətt və imza qızım Rənaya aid deyil.Bu cinayət əməlidir ki, rəis Abbas Hüseynov törədib. 04 mart 2018-ci il tarixdə imtahan keçirilməsi adı ilə rəis AbbaHüseynov hər bir işçidən 50 manat pul yığdı ki, gələn komissiyaya verəcəm. Mən buna etiraz etdim və həmin pulu vermədim deyə ştatımı ləğv etdirdi. Rəis Abbas Hüseynov öz ağası olan sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun tapşırığı əsasında işləyib vətəndaşlar arasında narazılıqlar yaradır.Buna görədə Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun korrupsiya əməlləri obyektiv araşdırılıb barəsində cidddi tədbirlər görülməlidir. Olsun ki, rəis Abbas Hüseynovun korrupsiya əməllərindən Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun xəbəri yoxdur.Buna görədə mən mətbuat vasitəsi ilə Mehriban Əliyevaya və Cavid Qurbanova müraciət edib xahiş edirəm Azərbaycan hakimiyyətinin hazırda düşməni olan hər vəchlə vətəndaşlar arasında narazılıqlar yaratmağa çalışan Ziya Məmmədovun tapşırığı ilə korrrupsiya əməlləri ilə məşğul olan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovun barəsində ciddi tədbirlər görəsiniz və mənim işimə bərpa edilməyimə köməklik göstərəsiniz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






Xəbər 2236 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +