Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.11.2017  12:11 

2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB





A+  A-

"Tikintisi 10 ildən çox davam edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisədir. Azərbaycanın əlverişli və strateji cografi mövqeyindən, bu sahədə malik olduğu təbii üstünlüklərdən regional layihələr vasitəsilə bəhrələnmək siyasətini düzgün hesab edirəm. Amma mən belə layihələrin nə qlobal və nə regional əhəmiyyətini kiçiltmədən demək istərdim ki, nəqliyyat infrastrukturu xidmət sahəsi olaraq həmişə real sektorda məhsullarının istehsalından, hərəkətindən və daşınmasından asılı olaraq inkişaf edir."
XəzərNews.az bildirir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin praktikliyini və səmərəliliyini artıran vacib həlqə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradılmasıdır: "BTQ işə salınsa da, liman kompleksində 7 ildən artıqdır ki, tikinti işləri davam edir. Hər iki layihənin tikintisi korrupsiya ilə müşahidə olunduğundan illərlə yubanıb. Əslində, nəqliyyat infrastrukturunun birinci həlqəsinin tikintisi hələ 5 il bundan əvvəl başa çatmalı və bu ilə qədər də xərclərinin bir hissəsini də örtməli idi. Vaxtında korrupsiyaya yol verilməsəydi və gecikdirilməsəydi, bu layihə tam zamanında 2012-ci ildə işə düşsəydi, hazırda bölgə üçün daha çox əhəmiyyət kəsb edərdi. Bu layihənin uzanması həm də onun xərclərinin artırdı. Bu xərclərin bir hissəsinin mənimsənilməsi də onu smeta dəyərini daha da çoxaltdı. İstənilən halda daha bir layihə başa çatdı. Bu həm də ona görə sevindiricidir ki, həmin sahədə korrupsiya imkanları azaldı".

Qubad İbadoğlu Dövlət Neft Fondunun məlumatına əsasən qeyd edir ki, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinə birbaşa olaraq 569,1 mln. manat vəsait ayrılıb, onun da 165 milyon 825 min manatı bu ilin büdcəsinin payına düşür: "Bununla yanaşı, BTQ layihəsinin Gürcüstan hissəsinin tikintisi və rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan hökuməti tərəfindən 775 milyon dollar, o cümlədən, illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon dollar və illik dərəcəsi 5 faiz olmaqla ikinci trans üzrə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. Bütövlükdə bu layihəyə Azərbaycan tərəfi 1 milyard 344 milyon manat vəsait xərcləyib.

Bundan başqa, Türkiyə tərəfi də bu layihəyə əlavə olaraq 500 milyon dollaradək vəsait ayırıb. Təxminən 2 milyard manatdan çox dəyəri olan bu layihənin yaxın gələcəkdə xərclərini ödəcəyi gözlənilən deyil. Bunu gecikdirən əsas səbəblərdən də biri də bölgədə sosial-iqisadi durumun və biznes şəraitinin pisləşməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infrastrukturunun yaradlmasına büdcədən ayrılan vəsait də 100 milyonlarla ölçülür. Hesab edirəm ki, bütövlükdə nəqliyyat dəhlizinin rentabelliyini təmin etmək üçün Azərbaycan vergi və gömrük qanunvericiliyində, nəqliyyatda daşınma tariflərində islahatlar aparılmalı, ümumilikdə isə Ələt Azad Ticarət Zonasında avtonom hüquqi rejim yaradılımalı, sərbəst valyuta və əlverişli biznes mühiti formalaşdırılmalıdır".

Xəbər 1268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +