İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.10.2017  16:12 

“Onlar mitinqlərin davam etdirilməsinə çalışırlar“ - DADP sədri





A+  A-

Tunis və Misirdən başlayaraq Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna kimi gənc postsovet respublikalara qədər olduqca böyük bir siyasi arealda kütləvi iğtişaşları və hakimiyyət çevrilişlərini həyata keçirən Qərbin "rəngli inqilab" sponsorları və strateqləri eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər ediblər, ancaq hər dəfəsində də biabırçı fiasko ilə üzləşiblər.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov özünü Facebook səhifəsində yazıb. O qeyd edib ki, sözügedən xarici ağalar öz çirkin ssenarilərini nəyin bahasına olursa-olsun həyata keçirmək cəhdlərindən heç cürə əl çəkmək fikrində deyillər: . Üstəlik də, bu dəfə taktikanı dəyişərək, son vaxtlar müxalifətin və müstəqil medianın "xaç anası" kimi davranan Xədicə İsmayılı da Əli Kərimli - Cəmil Həsənli cütlüyünə qoşaraq nəzərdə tutulan mitinqləri daha da təsirli hala gətirmək istəyirlər”. Partiya sədri əlavə edib ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən həmin qüvvələr Əli Kərimli-Cəmil Həsənli cütlüyü kimi Xədicə İsmayılın da heç bir ciddi elektorata, ictimai dəstəyə malik olmadığını ya bilmirlər, yadaki görmək və qəbul etmək istəmirlər: “ Bu da o deməkdir ki, Qərbin Azərbaycandakı mitinq cəhdləri və "rəngli inqilab" ssenariləri Don Kixotun yel dəyirmanı ilə mənasız mübarizəsinə bənzəyir”.

Xəbər 1392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +