Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


13.02.2024  17:30 

O çaqqala atılan mərmiyə heyfim gəlir...-Seymur Verdizadə





A+  A-

Atalarımız bizdən ağıllı kişilər olublar. Üzlərini görməsəm də, sözlərini eşidəndə bu qənaətə gəlirəm.

Görün, necə dəqiq deyiblər: Çaqqalın yuxusuna toyuq gələr.

Ötən gün çaqqal sürüsü yenə üstümüzə uladı. Layiq olduqları cavabı alandan sonra öz dəliklərinə döndülər...

Söhbət Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verən təxribatdan gedir. Məlum olduğu kimi, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində təxribat törədərək, Dövlət Sərhəd Xidməditinin əsgəri Pərviz Xəlilzadəni yaralayıb. Bundan sonra Azərbaycan Ordusu düşmənə layiq olduğu cavabı verib. Belə ki, bu gün keçirilən “qisas əməliyyatı” nəticəsində düşmənin bir postu dağıdılıb, 4 erməni hərbçisi məhv edilib.

Ermənilərin öz bədnam əməllərinə görə cəzalandırılması birinci dəfə deyil. Düşmənin son illər törətdiyi heç bir təxribat cəzasız qalmayıb. Bundan sonra da belə olacaq. Diqqətimi çəkən, məni bu mövzuya xüsusi yanaşmağa vadar edən daha vacib səbəb var. Erməni KİV-ləri sərhəddə gəbərdilən hərbçilər haqda ətraflı məlumat verib. Məlum olub ki, dünən çaqqal kimi üstümüzə ulayan, bu gün quyruğu kəsilmiş it kimi arxasına baxmadan qaçan erməni hərbçiləri “Yerkpara” təşkilatının üzvləridir. Bu qotur təşkilat 1993-cü ildə yaradılıb. Məqsəd və məramı Allah qoymasa, “böyük Ermənistan” ideyasına hərbi dəstək vermək olub. Ermənilər kütbeyin olduqları üçün çoxları bu cəfəng ideyaya inanıb. Bunun nəticəsidir ki, 2008-ci ildə “Yerkpara”nın 10 min üzvü olub. Bu gün sərhəddə qara qarğa kimi vurulub cəhənnəmə göndərilən hərbçilərin 4-ü də həmin təşkilatın üzvü olub. Aralarında ən “gənc”i 42, qocası 67 yaşındadır. Əli əsgərimizin qanına batan düşmənin qocasının da, cavanının da öldürülməsi vacib əməldir. “Qisas əməliyyatı”nda iştirak edən, tətik çəkən hərbçilərimizin barmaqlarından öpürəm. Belə görünür ki, bizə düşmənçilik edən bu kaftar sürüsünün ağıllanması üçün o barmaqlar hələ çox tətik çəkəcək.

P.S. Bu gün gəbərdilən erməni hərbçilərinin arasında 1957-ci il təvəllüdlü Hraçyan Talışeviç Ovanisyan da var. Məni qınamayın, o çaqqala atılan mərmiyə heyfim gəlir…

Seymur VERDİZADƏ

Xəbər 843 dəfə oxunub.




26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +