Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


09.02.2024  12:05 

Dollar bahalaşmayacaq... - Açıqlama





A+  A-

“Son günlərartan tələb fonunda dolların manata nəzərən bahalaşacağı barəfə fikirlər səslənir. Ümumiyyətlə, manatın dollar qarşısında ucuzlaşması söhbəti yoxdur. Əhalinin narahatlığının səbəbi isə ili köhnə olan dollarların banklar tərəfindən qəbul edilməməsidir. Bu problem banklardan qaynaqlanmır. Problem vətəndaşlar tərəfindən yaradılır. Bizdə cəmiyyətdə dolların təzəliyinə baxırıq. Əhali arasında dolların şax olmaq məsələsi həmişə maraqlı olub. Bu bir dövlətin dönərli valyutasıdır. Onun şax olub-olmaması heç bir əhəmiyyətə malik deyil. Banklar vətəndaşlara bu pulu verəndə onlar götürmürlər. Bu sahədə təcrübəli insanlar da bilirlər ki, dolların köhnə və təzə olmasının heç bir əhəmiyyəti yoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az -a söyləyib.

O bildirib ki, xaricdə ticarət edənlər üçün dolların nə ili, nə əzik və ya şax olması önəm kəsb etmir. Biznes üçün pul kütləsi lazımlı olduğundan onun xarici görkəmi ciddi zərər görməyibsə, istifadəyə yararlı sayılır:

“Bizim vətəndaşların əksəriyyəti köhnə dolları götürmədikləri üçün bəzi banklar da ili köhnə olan dolları götürməmək barədə qərar qəbul edirlər. Çünki nəticədə köhnə dollarlar onların anbarlarında yığılıb qalır. Bunu da xaricə göndərib dəyişmək bahalı prosesdir. Qanunla bankların vətəndaşlar qarşısında dollarla bağlı heç bir öhdəlikləri yoxdur. Mərkəzi Bank yalnız milli valyuta olan manata cavabdehdir. Dağılmış, ziyan görmüş, cırılmış, köhnəlmiş manatı rahatlıqla bankda dəyişə bilərlər. Əgər manatın 60 faiz yararlılıq səviyyəsi qalıbsa, onu dəyişmək problemi olmur. Banklar buraxılış ili köhnə olan dollarları götürmədikləri üçün vətəndaşlar da düşünürlər ki, bahalaşma ilə bağlı əsas var. Amma qeyd etdiyim kimi, bu iddialara heç bir səbəb yoxdur”.

Xəbər 622 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +