Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


24.06.2024  16:35 

Dağıstandakı terrorun PƏRDƏARXASI – Mübarizə daha kəskin xarakter ala bilər – FOTO





A+  A-

İyunun 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Eyni zamanda Mahaçqalada pravoslav kilsəsində 40 nəfərin girov kimi saxlanılması barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən antiterror əməliyyatları zamanı terror hücumlarında iştirak edən Osman və Adil Omarovlar zərərsizləşdiriliblər.

Mediada yayılan məlumatda qeyd olunub ki, hər iki şəxs Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Omarovun oğlanlarıdır. İddia olunub ki, terror aktının təşkilatçısı da məhz rayon rəhbəri və onun iki oğludur. Bir qədər sonra Maqomed Omarov saxlanılıb.



Son məlumatlara görə, antiterror əməliyyat zamanı beş yaraqlı məhv edilib. Silahlı hücumda 20 nəfər ölüb, 22 nəfər yaralanıb. Həyatını itirənlərin 15-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Dağıstan Respublikasının rəhbəri Sergey Melikov mətbuata açıqlamasında deyib ki, Mahaçqala və Dərbənddə həlak olan və zərər çəkənlərin ailələrinə maddi yardım göstəriləcək. Həmçinin, Dağıstanda üç günlük matəm elan edilib. Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev isə sensasiyalı bəyanatla çıxış edib. O iddia edib ki, terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli var. Deputatın sözlərinə görə, xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə bu teraktlar törədilib.

Maraqlıdır, sözügedən silahlı insidentin, terror aktının arxasında kim və ya kimlər dayanır? İddia edildiyi kimi, terror aktını Serqokalinski rayonunun rəhbəri Maqomed Omarov və oğlanları təşkil ediblərsə, onları buna sövq edən nədir? İddia olunduğu kimi, Ukrayna və NATO ölkələrinin xüsusi xidmət orqanlarının törədilən terror aktında əli ola bilərmi?



Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az- a danışan politoloq Ərəstun Oruclu bildirib ki, törədilmiş terror aktı ilə bağlı iki versiya mövcuddur: “Birincisi, bu həqiqətən radikal, din pərdəsi altında birləşən qruplaşmalardan hər hansı birinin etdiyi əməldir. Lakin terror aktının siyasi baxımdan hər hansı bir hədəfi olur. Burada sual yaranır: bu terroru törətməkdə terror təşkilatının məqsədi nə idi? Və hansı istəyinə nail oldu? Bu sualların cavabı açıq qalır. İkinci versiya isə ondan ibarətdir ki, Rusiyada sonuncu prezident seçkilərindən sonra güc strukturlarında ciddi dəyişmələr gedir. Bu, əsasən uzun müddət hakimiyyətin güc strukturlarına rəhbərlik edən şəxslərin kənarlaşdırılmasından ibarətdir. Məsələn, heç kəsin gözləmədiyi halda Nikolay Patruşev vəzifəsindən kənarlaşdırıldı. Formal olaraq, prezidentin bir neçə köməkçilərindən biri kimi dar sahəli kurasiyaya təyin edildi. Ardınca Müdafiə Nazirliyində həbslər başladı. Bu, Baş Qərargaha toxunmasa da korrupsiya, həbslər, kənarlaşdırma Nazirliyə birbaşa təsir etdi. Müdafiə naziri Sergey Şoyqu postundan uzaqlaşdırılaraq Patruşevin yerinə gətirildi. Halbuki o postun gücü daha çox fərddədir nəinki onun fəaliyyətində. Nikolay Patruşev orada öz gücü və iradəsini ortaya qoya bilmişdi. Növbəti mərhələ FSB direktorunun dəyişməsi idi. Bu barədə də Rusiyanın “Telegram” kanallarında müntəzəm məlumatlar paylaşılırdı. Terror aktının baş verməsi bunlarla bağlı ola bilər”.



Ə.Oruclu terror aktının FSB-nin çox mühüm bir qurumunun sədri Sergey Besedanın vəzifəsindən kənarlaşdırılmasının ardınca baş verməsinə diqqət çəkib. Qeyd edib ki, bu, terror aktının Rusiya hakimiyyətinin daxilində gedən qruplar arasındakı mübarizənin təzahürü olduğunu deməyə əsas verir.

Politoloq silahlı insidentin, terror aktının niyə məhz indi törədilməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, terror aktının indiki situasiyada baş verməsi daxili çəkişmələrdən dolayı ola bilər: “FSB Rusiya siyasətində ən mühüm rol oynayan dövlət qurumudur. Hər kəs anlayır ki, bu gün Rusiyanı idarə edənlər xəfiyyələrdir. Və onların hər biri FSB-nin sələfi olmuş KQB-nin şinelindən çıxmış adamlardır. Bu mənada onlar idarəçilik aləti kimi FSB-ni görüblər və görəcəklər. Sergey Besedanın vəzifəsindən uzaqlaşdırılmasının ardınca informasiyalar yayıldı ki, indi Aleksandr Bornikov da gedəcək və yeni direktor təyin ediləcək. Hətta o vəzifəyə birinci müavinin təyin olunacağı da deyildi. Beləliklə ən mühüm dövlət orqanında yerdəyişmələrin vaxtı gəldi çatdı”.



Ə.Oruclu qeyd edib ki, Rusiyada xüsusi xidmət orqanları ilə əlaqəli olan terror aktları yeni deyil: “Əslində bunun üçün 1999-cu ildə Volqodonsk bölgələrində evlərin partladılmasına nəzər salmaq kifayətdir. O zaman FSB əməkdaşları binanın zirzəmisinə böyük həcmdə partlayıcı yerləşdirərkən Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılmışdılar. Sonra rəsmi olaraq bunun bir təlim olduğu, kisələrdikilərin isə şəkər tozu olduğu izah edildi. Bu dəfə isə hədəfə alınan insanlardan daha çox dövlət rəhbərliyidir. Aydın məsələdir ki, FSB uğrunda mübarizə heç də asan olmayacaq. Müdafiə Nazirliyində bu asan idi. Çünki vəzifədən uzaqlaşdırılanlar və yeni təyin olunanlar Putinin öz adamlarıdır. Baş Qərargaha toxunulmadı. Maraqlıdır ki, vəzifədən gedən güc strukturlarının rəhbərləri təqaüdə göndərilmir. Məhz hansısa formal postlara təyin edilir. Bu özü göstərir ki, Rusiya hakimiyyətinin daxilində gizli müqavimət ocaqları var. Və onları nəzarətdə saxlamaq yolu tutulub. FSB isə həlledici qurum olduğu üçün mübarizə daha kəskin ola bilər. Fikrimcə, belə hadisələrin davamı olacaq”.

Politoloq terror aktının arxasında hansı qüvvələrin dayanmasına da aydınlıq gətirib. Deyib ki, bu hadisədə hər kəs iştirakçı ola bilər: “Tapşırığın kimə verildiyi önəm daşıyır. İcraçı xarici ölkə vətəndaşı da ola bilər. Əgər Rusiyanın hər hansı rayon rəhbərliyinin xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınması və bunun vasitəsilə terror törətməsi kimi absurd yanaşma versiyası ortaya atılıbsa, bu, Rusiyanın zəifliyindən xəbər verir. Bu, uydurmadır. Törədilən hər terrorun hədəfi və məqsədi olur. Qərb ölkələri bu terroru həyata keçirməklə hansı hədəf çata bilərlər?”

Xəbər 4923 dəfə oxunub.




27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +