İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2023  16:28 

Ölkədə inflyasiya və davamlı bahalaşma mövcuddur





A+  A-

Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu təsdiqlənib. Gələn il bu meyar 270 manat olacaq. Yaşayış minimumu artıq bir neçə ildir ki, dəyişmir. Halbuki ölkədə mövcud inflyasiya və davamlı bahalaşma mövcuddur.

Xəzərnews.az xəbər verir ki, iqtisadçı ekspert Elmir Səfərli “Yeni Sabah”a açıqlamasında gözlənilən iqtisadi proseslər nəzərə alınmaqla, bu rəqəmlər realist saymır:

“Ötən illərlə müqayisədə real inflyasiya həddinin artması nəticəsində müxtəlif mal və məhsulların qiymətlərində artıma səbəb olub. Nəzəri olaraq, bu artımlar yaşayış minimumun da artırılmasını nəzərdə tutur. Sözügedən məsələ ilə bağlı gözləntilər böyük idi.

Azərbaycanda satılan mal və məhsulların bir çoxu idxal olunur. Bunun da başlıca səbəbi yerli istehsalın o qədər də inkişaf etməməsidir. Mövcud vəziyyət isə məhsulların qiymətlərində bahalaşmaya gətirib çıxarır. İnflyasiya həddi isə ilbəil artmaqda davam edir. Belə olduğu təqdirdə, əhalinin yaşayış minimunun bir ay üçün 270 manat nəzərdə tutulması real görünmür.

Bu baxımdan düşünürəm ki, bu rəqəm 350-400 manat aralığında olmalıdır. Həmin rəqəm bir insanın tək yaşaması üçün nəzərə alınmır. Bir ailədə 3 nəfər yaşayırsa, 1 adam üçün yaşayış minimumu ortalama olaraq 270 manatdan 810 manat edir. Bu o deməkdir ki, ailənin aylıq gəliri 1000 manatdırsa, yaşayış minumumu qarşılanır”.

İqtisadçı qeyd edib ki, yaşayış minimumu üçün təsdiq edilən rəqəmlərin nə dərəcədə real olması növbəti ilin ortalarından sonra baş verəcək iqtisadi proseslərin əsasında və inflyasiya həddinin dəyişməsi ilə ortaya çıxacaq.

Xəbər 968 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +