İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.03.2023  11:00 

Bloger Nurlan Cəfəri niyə həbs edilib?





A+  A-

Bloger Nurlan Cəfəri həbs olunub.

Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bloger ötən gün – martın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Ədliyyə Nazirliyinin qarşısında keçirdiyi etiraz aksiyasında polis əməkdaşlarını vurmağa cəhd edib:

“N.Cəfəri ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb:.
Onun polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət edilməklə etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati həbs qərarı verilib”.

N. Cəfəri isə ötən gün özünün sosial şəbəkə hesabında aksiyada çəkiliş edən zaman mülki geyimdə olan polis əməkdaşı tərəfindən zorakılığa məruz qaldığını yazıb:
“Polis əməkdaşı xanım əməkdaşımız Cəmilə Əzimovaya qarşı zorakılıq edirdi, müdaxilə etmək üçün yaxınlaşdım, itələdi, daha sonra bu videodakı özünə və vəzifəsinə hörmət qoymayan mülki geyimdə olan polis əməkdaşı öncə mənə zərbə vurdu daha sonra belimdən yapışıb "padnoşka" adlanan güləş fəndi ilə yerə çırpdı. Telefonum düşüb ekranı çatladı. Bu telefonu yeni düzəltdirmişəm”./Yeniavaz.com

Xəbər 582 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +