Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.07.2022  12:07 

İranda hicaba qarşı etirazlar necə başladı?





A+  A-

Son günlər İranda bir çox qadın geyim qanunlarının sərtləşdirilməsinə cavab olaraq həm qapalı, həm də ictimai yerlərdə hicablarını çıxarır, foto və videolarını sosial şəbəkələrdə paylaşır. Sosial şəbəkədə özünün çəkdiyi videoda etiraz etməsinin səbəbini açıqlayan bir qadın "Məcburi hicaba yox! Qaydalara yox demək üçün bu gün başımı örtmədən işə getdim. Ürəyimizin istədiyini sərbəst geyməliyik” dedi. İranda hüquq müdafiəçiləri iyulun 12-də hökumətin elan etdiyi “Hicab və iffət” günündə ölkənin hər yerində qadınları hicablarını çıxarmağa və videolarını paylaşmağa dəvət ediblər.

Hökumət tərəfindən daha sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab taxmayan qadınlara cərimə və həbs cəzalarına baxmayaraq, onlarla qadın hüquq müdafiəçilərinin hərəkətə keçmə çağırışlarına müsbət cavab verib.

İranın hər yerində qadınlar parklarda, küçələrdə və dəniz kənarında hicabsız videolarını paylaşıb, bəzi qadınların şortik və köynək geyindiyi görülüb.

Minlərlə insanın izlədiyi və paylaşdığı videolardan birində qadın çimərlikdə gəzərkən qəfildən çadrasını çıxararaq yerə atır və tapdaladıqdan sonra uzaqlaşır. "Yox, yox deməkdir. Hicaba yox deyirik!" şüarı sosial mediada fəallar, jurnalistlər və bəzi siyasi dissidentlər tərəfindən böyük maraqla qarşılanıb. Qadınlar hakimiyyətdə olan kişilərə müraciət edib: "Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsüz. Bizi zəif və kövrək görürsüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün bizi başımızı örtməyə məcbur edirsiniz". Bu sözlər İranın şimalındakı nümayişlərdə iştirak edən və videosunu BBC Farsca Xidmətinə göndərən bir qadına məxsusdur. İyulun 12-dən bəri keçirilən nümayişlərdə azı beş qadının saxlanıldığı güman edilir.

Ölkədəki əxlaq polisi isə son zamanlarda qadınlara qarşı təzyiqləri artırıb.

Etirazların keçirildiyi gün hökumət paytaxt Tehrandakı futbol stadionunda qadınları başlarını örtməyə çağıran aksiya keçirib. İyulun 12-də dövlət televiziyası “Hicab və iffət” günü ilə bağlı tədbiri yayımlayıb.

Bayram şənliyi çərçivəsində ağ geyimli və yaşıl hicablı bir qrup qadın ölkə bayrağını təmsil edən rəqs nümayiş etdirib.

Qadınlar cavab olaraq nümayişlərini davam etdiriblər. Onların çəkdiyi videolara ölkədə bir çox kişi də dəstək verib. Tehranda məscidin divarına yazılan “Çörək, iş, azadlıq və istəyə bağlı qapanma” mesajı sosial mediada çoxları tərəfindən paylaşılıb.

“Kampaniyamızı susdura bilməzsiniz”

İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin olduğunu deyib və kəşfiyyat xidmətlərinə “məsul şəxslərin tapılmasını” əmr edib.

İran Prezidenti İbrahim Rəisi “mütəşəkkil korrupsiyanın qarşısını almaq” öhdəliyi götürüb. Bununla belə, bir çox qadın bütün təhlükələrə baxmayaraq, kampaniyalarını davam etdirmək əzmindədir. Sosial şəbəkədə video paylaşan qadın bu sözləri işlədib: "Bizi həbs edə bilərsiniz, amma kampaniyamızı susdura bilməzsiniz. İtirəcək heç nəyimiz yoxdur. Biz azadlığımızı illər əvvəl itirmişik və indi onu geri istəyirik"./BBC Azərbaycan

Xəbər 1953 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +