Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.03.2022  09:18 

Ukraynada son vəziyyət: Gərginlik davam edir...





A+  A-

Ukraynada vəziyyət dəyiçməz olaraq qalır. Rus ordusu irəllədikcə ağır itkilər verir, Ukrayna silahlı qüvvələri və özünümüdafiə dəstələri Kiyev və ətraf şəhərlərin əldə saxlanılamsı uğrunda amansız mübarizə aparırlar.

Artıq 140 min Ukrayna sakini humanitar dəhlizlərlə döyüş bölgəsindən təxliyə edilib.

Bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bəyan edib ki, Kiyev vilayətinin Borodyanka şəhərindən Jitomirə, Kiyev vilayətinin Svetilnya və Bolşaya Dımerka kəndlərindən Brovarıya doğru, Kiyev vilayətinin Pobeda kəndindən Kiyev istiqamətində yeni humanitar marşrutlar açılacaq.

* * *

Bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.

Mer Aleksandr Markuşin bildirib ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb.

* * *

Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.

Energetika naziri German Qaluşenko bildirib ki, bu gün NPC “Ukrenergo” mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində rus işğalçıları tərəfindən ələ keçirilən Çernobıl AES-in enerjisini qaytarmaq mümkün olub.

Qaluşenkonun sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerjidən yenidən normal rejimdə işləyəcək.

Qeyd edək ki, Çernobıl AES-in elektrik enerjisi martın 9-da kəsilib. Həmin gün Ukrayna tərəfi elektrik təchizatının bərpası üçün 48 saat vaxt olduğunu açıqlayıb.

* * *

Rusiya ordusu artıq Ukraynanın Mariupol şəhərinə 100-ə yaxın aviabomba atıb, nəticədə 2 187 yeli sakin həyatını itirib.

Mariupol Şəhər Şurasının bəyanatında deyilir ki, hər gün Mariupol Rusiya ordsunun hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər azı 22 dəfə bombardman edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb:

“Rusiya hərbçiləri kinli və məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını, şəhərin infrastrukturunu tamamilə məhv edirlər. Hər bir bombardman dəhşətli dağıntılar gətirir və əsas olanı - Mariupolda mülki əhalinin həyatını əlindən alır. Bu günə qədər 2187 Mariupol sakini Rusiyanın hücumları nəticəsində həlak olub.

Ən böyük təhlükə indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə göydən gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemləri ilə bizi təmin etməsi bütün Ukraynada yüz minlərlə günahsız insanın həyatını xilas edə bilər”, - Mariupol Şəhər Şurasının məlumatında bildirilir.

* * *

Bu arada bu gün Rusiya-Ukrayna danışıqları videobağlantı vasitəsilə davam etdiriləcək.

Bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sabahkı danışıqların videoformatda olub-olmayacağı sualına “Bəli” cavabını verib.

Qeyd edək ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.

Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında da görüş keçirilib.

* * *

Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq.


Xəbər 1471 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +