İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


18.03.2021  11:07 

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi





A+  A-

ABŞ rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə cavab olaraq Rusiyaya ixracat məhdudiyyətlərini genişləndirəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Rəsmi Vaşinqton Rusiya hakimiyyət orqanlarının müxaliflərə qarşı sinir iflicedici maddə istifadə edərək kimyəvi silahların qadağan edilməsinə dair Konvensiyanın öhdəliklərini pozduğuna və bununla da öz vətəndaşlarını və digər ölkələrin vətəndaşlarını ölüm riski altına atdığını bəyan edib.

Ticarət Nazirliyinin açıqlamasında bildirilib ki, qərar Rusiyanın “zərərli fəaliyyətlərə” yönləndirə biləcəyi ABŞ texnologiyalarına girişinin qarşısını almaq məqsədi daşıyır.

Nazirlik, həmçinin 4 mart 2018-ci il tarixində keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın Salisbury şəhərində zəhərlənməsi ilə əlaqədar məhdudiyyətlərin də sərtləşdiriləcəyini qeyd edib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Rus müxalif 23 sentyabr 2020-ci ildə “Şarite” xəstəxanasından buraxılmışdı. Yanvar ayında Rusiyaya qayıdan Navalnı orada tutularaq yenidən məhkəmə qarşısına çıxarılmışdı.

Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

Xəbər 835 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +