İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.03.2020  13:38 

“Koronavirusa görə neftin qiyməti 26 faiz ucuzlaşıb”





A+  A-

“Koronovirus özü də olmasa, onun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən, qlobal iqtisadi artım bu il 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstərici 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacaq”
XəzərNews.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan COVİT-19 virusunun iqtisadiyyata təsirlərini şərh edərkən deyib.

V. Qasımlı bildirib ki, əsas zərbə virusun mənbəyi hesab olunan Çinə dəyib: “Bu ölkədə ÜDM artımı ötən il 6,1 faiz olduğu halda, 2020-ci ilin birinci rübündə 5 faizdən də aşağı qeydə alınacaq. Lakin ikinci rübdə tempin artacağı da gözlənilir. “Morgan Stanley” şirkətinin proqnozlarına görə, virusun qarşısının alınması cevikliyindən asılı olaraq Çində ÜDM-in artımı bütünlükdə 2020-ci il üçün müvafiq olaraq 5,6 – 5,9 faiz intervalında dəyişəcək.

Yaponiyada, Koreyada və Avstraliyada da iqtisadi artım yavaşımağa başlayıb. Koronovirusun təsiri domino effekti ilə Asiya-Sakit okean bölgəsindən Avropa və Şimali Amerikaya yayılmağa davam edir.
SARS virusu yayılan zaman – 2003-cü ildə Çinin dünya iqtisadiyyatındakı payı cəmi 4,3 faiz idisə, indi bu göstərici 16 faizə bərabərdir. SARS-a cəmi 8 min insan yoluxmuşdusa, bu günə olan məlumata görə koronovirusa 10 dəfə çox – 80 mindən artıq insan yoluxub. Beləliklə, koronovirusun təsiri SARS-la müqayisədə daha böyükdür.

Ötən həftə maliyyə bazarlarında çox kəskin qiymət enməsi müşahidə olunub. Ümumən 3 trilyondan artıq, inkişaf etməkdə olan ölkələrin səhm və istiqrazları isə 1,1 trilyon ABŞ dolları dəyərində ucuzlaşıb.

Dünyanın ən böyük neft idxalçısı olan Çinin “qara qızıl”a olan tələbinin azalması ilə neftin qiyməti də aşağı düşüb. “Brent” markalı neft yanvar ayından indiyədək 26 faiz ucuzlaşaraq bir barreli 51,37 dollara, “Light” markalı neftin bir barreli isə 46,15 dollara satılır”.

Xəbər 1456 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +