İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.10.2018  18:09 

Berkaydan Arda ilə bağlı ilk açıqlama





A+  A-

Futbolçu Arda Turan və müğənni Berkay Şahin arasında yaranan gərginlik məhkəməyə qədər gedib.
XəzərNews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə Berkay açıqlama yayıb. Sənətçinin mediaya ünvanladığı məktubu təqdim edirik:
“Burada önəmli olan Arda və Berkay deyil. Hadisədən zərər çəkən iki qadın var: biri anadır, o biri ana olmağa hazırlaşır. Hər iki qadının pis olacağı hadisə yaşanıb. Buna görə də qarşı tərəfin edə bilmədiyini edib həyat yoldaşımdan və Aslıhan Turandan üzr istəyirəm. Kişi dava edər, yumruq da atar. Ancaq arvadını evə qoyub, yarım saata qayıdacağam deyən birinə xəbəri olmadan hücum etmək qorxaqlıqdır.

Ona, dostlarına və araya girməyə çalışanlara bunu demək istəyirəm: Şikayət etməyimi istəmirsiniz, yaxşı etməyəcəm. Amma iki şərtim var: məndən, arvadımdan və öz arvadından bu hadisəyə görə utandığını deyəcək və üzr istəyəcək. Sözlə təcavüz etdiyi üçün utandığını söyləyəcək. Ondan sonra biz onunla iki kişi oturub danışacağıq.

Bunları etdikdən sonra mən şikayətimi geri götürəcəm. Bütün olanlardan sonra qarşı tərəf axmaq açıqlamalar yayaraq, nə gəldi danışır və özünü təmizə çıxartmağa çalışır".

Xatırladaq ki, Berkay və Ardanın mübahisəsinə səbəb, onun müğənninin həyat yoldaşı Özlem Adaya söz atması olub.

Xəbər 1406 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +