Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.09.2018  16:09 

ABŞ Putinin qürrələndiyi raketləri məhv etmək istəyir





A+  A-

Rusiya və Çinin hərbi arsenallarındakı səsdən sürətli raketlərin sayını çoxaltması və ya onları daha da təkmilləşdirməsi ABŞ-ı ciddi tədbirlər görməyə vadar edir.
Bu baxımdan ABŞ Raket Əleyhinə Müdafiə Agentliyi səsdən sürətli raketləri məhv etmək gücündə olan yeni sistemlər yaratmaq niyyətindədir.

XəzərNews.az-ın Amerikanın hərbi sahə üzrə ixtisaslaşan nüfuzlu “The National İnterest” nəşrinə istinadən məlumatına görə, Agentlik bu istiqamətdə gizli hərəkət edir və idarə sisteminin hazırlanması üçün proqramlar hazırlayıb.

Bu proqramlarda səsdən sürətli raketləri aşkara çıxaran və vuran sistemlərin manevr qabiliyyətinin maksimallaşdırılması, kinetik enerji itkisinin minimallaşdırılması nəzərdə tutulur.

Agentlik bildirib ki, səsdən sürətli raketləri məhv edəcək raketlərin uzunluğu 5 metrdən çox ola bilər.

Qurum bundan əvvəl bəyan etmişdi ki, ABŞ xaçşəkilli sistemlər üçün texnologiyaya fəal sərmayə qoyur.

Səsdən sürətli raketlər atmosfer daxilində hərəkət edir və burada güclü manevr qabiliyyətinə malikdir.

ABŞ-da düşünürlər ki, bu baxımdan kosmos səsdən sürətli raketlərin aşkara çıxarılması və məhv edilməsi üçün ən münasib yerdir.

Raket Əleyhinə Müdafiə Agentliyi hipersəs raketlərə qarşı tədbirləri gücləndirmək üçün hökumətdən 120.4 milyon dollar ayrılmasını istəyir.

“Agentlik açıq şəkildə bəyan edir ki, səsdən sürətli raketlərin qarşısının alınması üçün arsenalında olan silahları optimallaşdırmaq istəyir”-bunu Karnegi Fondunun nüvə siyasəti proqramları direktoru Ceyms Akton bildirib.

Onun fikrincə, həmin sistemlərin manevr imkanlarını yüksəltmək lazımdır ki, hədəfi daha rahat məhv edə bilsin.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu ilin martın 1-də “Xəncər” səsdən sürətli raketi raketi haqqında məlumat verib. O, dünyada bunun ikinci bir bənzərinin olmadığını dilə gətirib.

Rusiya lideri bununla dünyanın istənilən nöqtəsini vura biləcəklərini və heç bir müdafiə sistemi tərəfindən qarşısının alına bilmədiyini vurğulayıb.

Xəbər 1099 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +