Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.09.2017  11:57 

Krım tatarlarının lideri həbs edildi





A+  A-

Rusiyanın Ukraynadan işğal etdiyi Krımda məhkəmə tanınmış tatar lider İlmi Umerovu separatçılıq ittihamı ilə məhkum edib.
Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Ukrayna üzrə əlaqələndiricisi Tanya Kuper AzadlıqRadiosuna müsahibəsində bu məhkəmə hökmünü yarımadanın ilhaqına etiraza görə “qəddar qisas” adlandırıb.

Simferopol məhkəməsinin rusiyalı hakimləri sentyabrın 27-də keçirilən iclasda Umerovu təqsirli bilərək cəzasını islah-əmək koloniyasında çəkməklə 2 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edib. Rusiyada adətən fabrik-zavodların yaxlınlığında salınmış bu koloniyalarda məhbuslar icbari əməklə məşğul olurlar.

Xəbər verilir ki, hakimlər hökmü oxuyanda Umerovun vəkilləri hələ məhkəmə zalında deyildilər.

Bundan əvvəl jurnalistlər qarşısında çıxış edən vəkil Mark Feygin BMT-nin Krımda insan haqlarının vəziyyətinə görə Rusiyanı kəskin tənqid edən hesabatından sonra daha yüngül cəzaya ümid etdiyini bildirmişdi.

Lakin hakimlər hətta prokurorların istədiyi üç il şərti cəzasından daha ağır cəzaya əl atıblar.

Şərti cəza alsaydı Umerov barmaqlıqlar arxasına düşməməli idi.

Umerov bəyan edib ki, bu hökmdən ta Avropa İnsan Haqları Məhkəməsinədək şikayət edəcək.

O deyib ki, hökm onu əqidəsindən döndərə bilməyəcək: “Mən Krımı Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisi hesab etməkdə davam edirəm”.

Vəkil Feygin ümid etdiyini bidlirib ki, Qərb liderləri Moskva üzərinə təzyiq göstərərək hökmün dəyişdirilməsinə nail olmalıdırlar, əks halda həbsxana Umerov üçün ölüm deməkdir.

Ukrayna prezidenti Petro Poroşenko Facebook səhifəsində bu hökmü Moskvanın sovet zəmanəsindən qalma metodu və “rüsvayçılıq” adlandırıb.

Krım tatarları məclisinin sədr müavini Umerov yarımadanın 2014-cü ildə Rusiya tərəfindən işğal edilməsinə və tatarlara qarşı repressiyalara qarşı uca səslə etiraz edirdi.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) diabet və Parkinson xəstəliklərindən əzab çəkən Umerovu 2016-cı ildə Krımda həbs edib.

O, 2016-cı ilin avqustunda yarımadanın Rusiya tərəfindən təyin edilmiş rəhbərliyinin qərarı ilə ruhi xəstəxanaya yerləşdirilmişdi.

Human Rights Watch bu qərarı “insan haqlarının amansız şəkildə pozulması” adlandırmışdı.

Sentyabrın 20-də keçirilmiş dinləmədə çıxış edən 60 yaşlı Umerov demişdi ki, ona qarşı ittihamlar ilhaqa etiraz edənləri qorxutmaq məqsədi güdür.

O demişdi ki, “mən ilhaqa ilhaq, Rusiyaya işğalçı deyirəm”.

Umerov bildirmişdi ki, özünü yalnız Ukrayna vətəndaşı hesab edir (Musavat.com).

Xəbər 1128 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +