İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.05.2017  12:09 

Milli Məclis dövlət büdcəsinin icrasına baxacaq





A+  A-

“2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq”.
XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hələlik sənəd parlamentə daxil olmayıb.
Parlament üzvü bildirib ki, qanuna uyğun olaraq hər il mayda dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir. Bu il də müzakirələr davam edəcək.

V.Əhmədov hazırda büdcənin icrası ilə bağlı məsələnin önəmli olduğunu vurğulayıb:

“Yalnız büdcənin təsdiq edilməsi deyil, onun icrası da böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, büdcə təsdiq olunan zaman yarana biləcək risklərdən qorunmaq məqsədi ilə neftin qiyməti 3 ssenari üzrə - pessimist qiymətin 1 bareli- 35 ABŞ dolları, baza qiyməti - 40 ABŞ dolları, optimist - 45 ABŞ dollardan hesablanıb.

Qeyd edək ki, dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb.

V.Əhmədov deyib ki, büdcə müzakirələri zamanı bu, və bir çox başqa məsələlərə baxılacaq.


“Büdcənin gəlirlər və xərclər hissəsinin istifadəsinin qanunauyğun olaraq həyata keçirilib-keçirilmədiyini biləcəyik. Büdcədən artıq, yoxsa əskik xərcləmələrə yol verilməsi müzakirə obyektidir”.

Bundan əlavə, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilməsi gözlənilir.
Bildiyiniz kimi, son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi, əsasən, neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur”.

Xəbər 1232 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +