Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


06.11.2018  15:23 

İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb





A+  A-

İŞİD terror qruplaşmasının nəzarəti altında olan İraq regionlarında kütləvi məzarlıqlar aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hazırladığı hesabatda deyilir. Hesabatda qeyd edilir ki, BMT mütəxəssisləri İraq hökumətinin məlumatına əsaslanaraq 202 kütləvi qəbir yerlərini sənədləşdiriblər.

Onların əksəriyyətinin Naynava, Kərkük, Salah-ad-din və Ənbar əyalətlərində yerləşdiyi qeyd edilir. Həmin yerlərdə ümumilikdə 6000-dən 12 000-ə qədər qurbanın basdırıldığı ehtimal edilir. Basdırılanlar arasında qadınlar, uşaqlar, yaşlılar, iraqlı hərbçi və polislər də var.

“Bu məzarlar İŞİD ideologiyasına əməl etməyən və bu səbəbdən amasızlıqla qətlə yetirilənlərin, həmçinin etnik və dini azlıq nümayəndələrinin qalıqlarından ibarətdir. Onların ailələrinin sevdiklərinin başına nə gəldiyini bilməyə haqqı var” deyə BMT-nin İnsan Haqları üzə ali komissarı Mişel Baçelet bildirib.

Xəbər 1292 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +