Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.11.2022  17:53 

Güney Azərbaycandan iki kitablıq təəssürat - VİDEO





A+  A-

"30 illik həsrət bitdi", "Xalqımızın arzuları çin oldu" kimi fikirlərin geniş yayıldığı bu günlərdə - Qarabağ zəfərimizin ikinci ildönümü ərəfəsində başqa və vacib, daha aktual bir məsələ də var. 200 illik Güney Azərbaycan həsrəti. Gülüstandan, Türkmənçaydan başlayan həsrət... Sovet dövründə - ötən əsrin 30-40-ci illərində iki qardaş arasında tikanlı məftillərin çəkilməsilə daha da ağırlaşan və bu günədək davam edən həsrət...

XəzərNews.az xəbər verir ki, İctimai Televiziyanın ötən axşam tamaşaçılarına təqdim etdiyi süjetdə də yazıçı-publisist Zahir Məlikli bu faciəni öz həyatında yaşayan on minlərlə soydaşımızın dili ilə elə Güney Azərbaycan həsrətindən danışır.



Qeyd edək ki, vaxtilə Quzey və Güney Azərbaycan arasında tikanlı məftillər çəkilərkən yaxınları, doğma babası Arazın o tayında qalan Z.Məlikli Güney Azərbaycan mövsuzunda iki kitabın müəllifidir. Onun qələmə aldığı "O və yerdə qalanlar", "Enmək təhlükəsi" adlı kitablarda müəllif ayrı-ayrı vaxtlarda səfər etdiyi Güney Azərbaycan şəhərlərinin - Təbrizin, Ərdəbilin, Meşkinin tarixi abidələri və görməli yerləri, Şah İsmayılın sarayı, Şah Abbasın viranə karvansarası, Savalan, Səreyn və digər tarixi yurd yerlərimiz haqda təəsüratlarını, düşüncələrini qələmə alıb.



Xəbər 525 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +