Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


24.01.2022  17:16 

Zakir Həsənov İrana yollanır: Qarşılıqlı cəlbedici “odlu bazar” – TƏHLİL





A+  A-

Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq illərin müzakirə mövzusu olsa da, iki ölkə arasındakı dəyişkən münasibətlər bu zəmini formalaşdırmayıb.

Bir neçə ay öncə Azərbaycan-İran gərginliyinin pik həddə çatması Bakı-Tehran əlaqələrinin rəngini tündləşdirsə də, iki ölkə bu sınaqdan çıxdı və tərəflər gələcəyin inşası uğrunda səylərini ortaq mövqeyə gətirdilər.

Bakı-Tehran münasibətlərinin əsas istiqamətini iqtisadi prioritetlər təşkil edir, ancaq Cənubi Qafqazda yaranan yeni reallıq yeni sferalarda da əməkdaşlıq pəncərəsi açır.
Amma düşünə bilmərik ki, Azərbaycanla İran arasında siyasi fikir ayrılığı yoxdur, tərəflər arasında açıq qalan məsələlər də mövcuddur.

Ancaq müştərək maraq yaradan potensialların hərbi platformaya proyeksiyası iki ölkənin əməkdaşlığında qaranlıq nöqtələrin aradan qaldırılmasına yardımçı olar.

Bu mənada Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana gözlənilən səfəri hərbi-siyasi əhəmiyyətinə görə diqqət mərkəzindədir.

Nəzərə almaq lazımdır ki, bu, Zakir Həsənovun postmünaqişə dövründə İrana gerçəkləşdirdiyi ilk səfərdir, bu səfərin qrafiki isə bir neçə gün öncə Tehran kulislərində müzakirə edilib.

Belə ki, yanvarın 22-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani ilə görüşüb.

İranın məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə töhfə verən təcrübədən yararlanmaqdır.

Zakir Həsənovun keçirəcəyi görüşlərdə İranın Azərbaycanın silah arsenalına çıxış əldə etmək imkanları da müzakirə olunacaq, hərçənd ki, Bakı üçün də Tehranın silah bazarında cəlbedici “vitrinlər” mövcuddur.

Qarşılıqlı cəlbedicilik iki ölkəni birgə hərbi məhsullar istehsal etməyə təşviq edə bilər.
Birgə silah istehsalına zəmin yaradan digər məsələ rəqabətdən qaynaqlanır, çünki artıq Azərbaycanla İsrail birgə silah istehsal edən müəssisə yaradıb, Tehran isə bu sahədə İsrailə monopoliya vermək istəmir.

Azərbaycan postmüharibə dövründə qələbəni əldə saxlamaq üçün əl atdığı hərbi variantların içərisində ordu silahlanmasına yeni silahların daxil edilməsi də dayanır.

İranın “odlu silah” bazarında da Azərbaycan üçün cəlbedici görünən ballistik raketlər var, çünki İran hərbi sənayesinin ən qabaqcıl sahəsi məhz ballistik raketlərin istehsalıdır.

İran hərbi sənayesi orta mənzilli ballistik və əməliyyat-taktiki raketlərin istehsalında öncül ölkələrdən biridir.

Zakir Həsənovun səfəri Bakı-Tehran münasibətlərində düyün olan silah tədarükü məsələsini ön plana çıxarır, cənab Həsənovun cənub qonşumuza yollanması dəqiqləşdirmə və bu sahədə “kəşfiyyat” aparmaq məqsədi güdür.

İran tərəfi danışıqlarda Azərbaycan-İsrail əlaqələrindən narahatlığını da dilə gətirəcək, eyni zamanda Bakıdan xahişqarışıq zəmanət istəyəcək ki, risk olacağı təqdirdə, Bakı İrana qarşı cəbhədə yer almayacaq.

Aqşin Kərimov

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +