İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.03.2018  18:14 

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək





A+  A-

İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleymi qəbul edib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Ş. Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, ötən ilin dekabrında Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil edilib. Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2018-ci ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində növbəti biznes forum təşkil ediləcəkdir. Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayələr yatırır, Səudiyyə İnkişaf Fondu ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Birbaşa aviareysin açılması bu sahədə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli ola bilər.

Görüşdə Şahin Mustafayev Səudiyyə Ərəbistanı tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edib.

Səfirlə 5-ci dəfə görüşdüyünü xatırladan Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişlənməsində Müsaid İbrahim Abdullah əs-Süleyminin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Müsaid İbrahim Abdullah əs-Süleym qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir vurğulayıb ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir, ölkəsinin mövqeyi dəyişməzdir və Azərbaycan işğal olunmuş torpaqlarını tezliklə qaytaracaq.

Müştərək Komissiyanın bu ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan iclası, investiyalar, turizm, birgə layihələrin icrası və s. məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşdə səfir Müsaid İbrahim Abdullah əs-Süleym Səudiyyə Ərəbistanında qeyri-neft sektorunda həyata keçirilən layihələr barədə məlumat verib və Azərbaycan sahibkarlarını fəal əməkdaşlığa dəvət edib.

Xəbər 1259 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +